Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“ATƏT-in Minsk Qrupunun həmsdərləri Ermənistanı işğalçı kimi tanımırlar”
Vahid Quliyev - Milli Qəhrəman

“Ermənistanın xarici dövlətlər tərəfindən silahlandırılması məlumatı doğrudur. Ermənistanın dövlət büdcəsi heç vaxt imkan verməyib ki hələ Azərbaycan Ordusu tərəfindən məhv edilən və qənimət kimi götürilən silahları və texnikaları alsın”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev bildirib.

Hərbi ekspert qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin Ermənistana silah yardımı etdiyi məlumdur: “Onlar silahları Ermənistana bağışlayırlar, hədiyyə edirlər. Ermənistan hərbi-siyasi rəhbərliyi də dayanmadan mülki əhalini və yaşayış məntəqələrini atəş altında saxlayır. Kasıb Ermənistanın bu qədər mərmiyə pulu hardandır? Deməli, bu silahların hamısı hədiyyədir. Ona görə də açıq ürəklə Azərbaycan əhalisini hədəfə alır. Məqsəd də odur ki Azərbaycan ərazilərini işğalda saxlasınlar və daha çox ərazilərimizi işğal etsinlər. Və həmin ərazilərə başqa ölkələrdən erməniləri köçürüb Azərbaycanı fakt qarşısında qoysunlar ki Qarabağı öz əraziləri kimi qanuniləşdirsinlər.

Ermənistanın silahlandırılması olmasaydı, 30 ildə ərzində Azərbaycan ərazi bütövlüyü sülh yolu ilə həll olunardır. Qarabağı beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri hələ indiyə kimi Ermənistanı işğalçı kimi tanımayıblar. Ona görə də Ermənistanı silahlandırırlar”.

Ramid İbrahimov

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »