Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlqar Məmmədov: "Ermənistan Qarabağı tanısa, Azərbaycan da Zəngəzurun müstəqilliyini tanıya bilər"
İlqar Məmmədov: "Ermənistan Qarabağı tanısa, Azərbaycan da Zəngəzurun müstəqilliyini tanıya bilər"

“Ermənistanın Azərbaycanı qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə təhdid etməməsi daha yaxşı olardı”.

Virtualaz.org bildirir ki, bunu müxalif REAL partiyasının sədri İlqar Məmmədov deyib.

Azərbaycan müxalifətinin liderlərindən birinin bəyanatı Ermənistan prezidenti Armen Sarkisyanın "Kommersant" qəzetinə müsahibəsində verdiyi ultimatuma cavabdır. Prezident bildirib ki, "Əgər məlum olsa ki, Türkiyənin dəstəklədiyi Bakı danışıqlar yolu ilə getməyəcək, onda Yerevan Qarabağın müstəqilliyini tanıyacaq".

“Məncə, Ermənistan bizi “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə hədələməsin. Bu tanınmaya Azərbaycanın ən yaxşı cavabı Zəngəzur və digər Ermənistan qaçqınları adından danışan qurumlardan birini və ya onların ittifaqını müstəqil dövlət kimi tanıması olardı. Hazırda davam edən müharibənin əvvəlində Zəngəzurda daha çox azərbaycanlı yaşayırdı, nəinki Dağlıq Qarabağda erməni”, - deyə İ.Məmmədov vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Zəngəzur bölgəsindən olan azərbaycanlı qaçqınlar sürgündə Zəngəzur Azərbaycan Cümhuriyyətini yaradıblar və qarşılarına ata-baba yurdlarına qayıtmağı məqsəd qoyublar.

Yeri gəlmişkən, İ.Məmmədovun özü də Ermənistandan gəlmədir.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »