Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moldova Respublikasındakı Səfirliyində ölkəmizin müstəqillik ildönümünə həsr edilmiş tədbir keçirilib - Fotolar
Moldova Respublikasındakı Səfirliyində ölkəmizin müstəqillik ildönümünə həsr edilmiş tədbir keçirilib - Fotolar

Cari ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində ölkəmizin müstəqillik ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Türkiyənin Moldovadakı səfiri Halil Gürol Sökmensüer, Moldova Prezidentinin Xarici siyasət məsələləri üzrə məsləhətçisi Aureliu Çokoy, Moldova Azərbaycanlıları Konqresinin (MAK) rəhbəri Elçin Bayramov, digər qonaqlar və 100-ə yaxın həmvətənlərimiz iştirak etmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Q.Osmanov gələn qonaqları salamlamış, həmyerlilərimizə ata yurdlarına toplaşdıqları üçün təşəkkür etmiş, ölkəmizin müstəqillik tarixindən söhbət açmış, Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti silahlı təxribat nəticəsində cəbhə bölgəsində gedən münaqişədə Ermənistan hərbi-siyasi rəhbərliyinin məsuliyyət daşıdığını bildirmiş, davamlı olaraq Azərbaycanın bir sıra rayon və şəhərlərində mülki əhali və mülki infrastrukturun ermənilər tərəfindən raket atəşinə məruz qoyulduğunu, Gəncənin növbəti dəfə raket atılması nəticəsində mülki əhalinin həlak olması və yaralanmasını, ölkəmizin ikinci ən böyük şəhərində şiddətli dağıntılar törədildiyini dilə gətirmişdir.

Moldova Respublikasındakı Səfirliyində ölkəmizin müstəqillik ildönümünə həsr edilmiş tədbir keçirilib - Fotolar

Daha sonra tədbirdə Türkiyənin Moldovadakı səfiri H.G.Sökmensüer çıxış edərək, Türkiyənin qardaş ölkə Azərbaycanla bir millət, iki dövlət olduğunu qeyd etmiş, həm sevincli, həm də çətin günlərdə daim Azərbaycanın yanında olduqlarını vurğulamış, erməni təcavüzü nəticəsində Gəncə və digər Azərbaycan şəhərlərində baş verənləri qətiyyətlə pisləmişdir.

Eyni zamanda, tədbirdə iştirak edən Moldova Prezidentinin Xarici siyasət məsələləri üzrə məsləhətçisi A.Çokoy çıxışında Moldovanın beynəlxalq hüquq normalarına uyğun olaraq və Helsinki Yekun aktında qeyd olunmuş prinsiplərə sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini, Moldova-Azərbaycan arasında mövcud dostluq münasibətlərinin davam etdirilməsində maraqlı olduğunu və dinc əhaliyə qarşı törədilən təxribatların qəbuledilməz olduğunu diqqətə gətirmişdir.

Tədbirdə çıxış edən MAK-ın sədri E.Bayramov Moldovada yaşayan azərbaycanlılar adından ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşdiklərini və Azərbaycanın Silahlı Qüvvələrinə hər zaman dəstək nümayiş etdirdiklərini bildirmiş, Gəncə də daxil olmaqla digər Azərbaycan şəhərlərində baş verən erməni təcavüzkarlığını şiddətlə qınamışdır.

Moldova Respublikasındakı Səfirliyində ölkəmizin müstəqillik ildönümünə həsr edilmiş tədbir keçirilib - Fotolar

Azərbaycanlı icmanın fəallarından olan Maarif Rəhimov vətənpərvərlik ruhunda nitq söyləyərək, həmyerlilərini erməni təxribatına qarşı güclü olmağa, birlik nümayiş etdirməyə və ölkəmizin haqlı mövqeyini Moldovada daim səsləndirməyə çağırmışdır.

Bundan əlavə, tədbirdə Gəncə hadisələrinin qurbanları və erməni vəhşiliyi nəticəsində törədilmiş dağıntılar əks edilmiş fotoşəkillərdən ibarət guşə yaradılmış, buraya tədbirdə iştirak edən qonaqlar tərəfindən güllər düzülmüş, baş verən faciənin dəhşətləri barədə məlumatlar verilmişdir.

Tədbirin sonunda bir sıra torpaqlarımızın işğaldan azad edilməsinin şərəfinə səfir Q.Osmanov və digər qonaqlar tərəfindən dövlət rəmzləri olan bayraq və gerbimizdə təsvir edilən səkkizgüşəli ulduza istinadən səkkiz ədəd şam ağacı əkilmişdir.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »