Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın xakerləri də məğlubiyyətə uğradılır
Haker, internet təhlükəsizliyi

Sentyabrın əvvəlindən bu günə qədər biz durmadan erməni provakatorların kiberhücumlarının qarşısını alırıq.

Müharibə yalnız döyüş meydanında getmir. Azərbaycanın yüksək səviyyəli mütəxəssisləri Azərbaycanın internet məkanını kiber hücumlardan qorumaqla yanaşı, əks-həmlə edərək qarşı tərəfin Arpinet, Telemaks, Prime Systems, Smilesystem, Regionnet LLC kimi internet provayderlərini sıradan çıxarmağa müvəffəq olublar. Bizim tərəfdən kiber-hücumlar əsasən internet qovşaqlarının, eləcə də, adi Ermənistan vətəndaşının evindəki internet modemdən tutmuş kommersiya və dövlət təşkilatlarının internet qəbuledici və paylayıcı mərkəzlərində ayarlamalar zamanı kənardan qoşulma ilə bağlı səhvlərə yol verilmiş avadanlıqlar yönündə aparılır.

İrəvan, Gümrü, Vanadzor və Armavir şəhərlərində kiber-təhlükəsizlik sahəsində çox böyük boşluqlar aşkarlanaraq tərəfimizdən uğurla istifadə olunur.

Bu günə qədər təkcə mənim tərəfimdən ermənilərə aid 2300 modem/router-in ayarları sıfırlanmış, bir çoxu isə ümumiyyətlə, yararsız hala salınmışdır. Bu yalnız məndə olan məlumatdır. Hər bir kolleqam tərəfindən də ən az bu qədər uğurlu hücumlar gerçəkləşdirilmişdir.

Qeyd etməliyəm ki, Azərbaycanında internet məkanı erməni xakerləri tərəfindən eyni hücumlara məruz qalır. Lakin, hər dəfəsində layiqli müqavimətlə qarşılaşırlar. Biz, Azərbaycanlı mütəxəssislər bir-birimizlə müdafiə etdiyimiz avadanlıq və qurğuların siyahısını bölüşürük və sevindirici haldır ki, son günlərdə erməni xakerlərin kiber-hücumlarından zərərçəkənlərin sayı əhəmiyyətli dərəcədə azalmışdır. Bizim tərəfdən hücumlar əsasən gecə saatlarında (internet traffikin yüklənmədiyi saatlarda) həyata keçirilir. Yaxın günlərdə Ermənistan internet provayderlərinə kütləvi şəkildə DDoS hücumun təşkilini planlaşdırırıq.

Biz döyüş meydanında torpaqlarımızı düşməndən azad etmək uğrunda döyüşən qəhrəman əsgərlərimizi dəstəkləyir və bildiririk ki, hər zaman tək internet məkanında yox, eləcə də əlimizə silah alaraq döyüş meydanında düşmənlə döyüşməyə hazırıq. Bu müqəddəs savaşda Ali Baş Komandan İlham Əliyevi tam dəstəkləyirik.

Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!

Röyal Şükürov

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »