Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibə Qafarova: "Ümid edirik ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqına qarşı törədilən terrora biganə qalmayacaq"
Sahibə Qafarova: "Ümid edirik ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqına qarşı törədilən terrora biganə qalmayacaq"

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.

Məktubda başçılıq etdiyi nümayəndə heyətinin keçən ay Rusiya Federasiyasında rəsmi səfərdə olmasını və rus həmkarları ilə keçirdikləri görüşləri xoş təəssüratlarla xatırlayan Sahibə Qafarova əmin olduğunu söyləyib ki, həmin səfər qarşılıqlı əlaqələrimizin bundan sonra da inkişafına mühüm töhfələr verəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin Bizimyol.info-ya verdiyi xəbərə görə məktubda daha sonra diqqətə çatdırılır ki, bu il oktyabrın 16-da Dövlət Dumasının deputatı, Vətəndaş cəmiyyətinin inkişafı, ictimai və dini birliklər məsələləri Komitəsinin üzvü, “Vahid Rusiya” fraksiyasının üzvü Vitali Milonov Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər edib və orada qondarma, separatçı qurumun başçısı ilə görüşərək bir sıra təxribatçı fikirlər səsləndirib.

Qeyd olunur ki, Dövlət Dumasının deputatı tərəfindən separatçı rejimin nümayişkaranə şəkildə dəstəklənməsi bizdə dərin təəssüf və qınaq doğurur.

Bildirilir ki, Rusiyanın ali qanunvericilik və nümayəndəlik orqanının deputatının bu cür davranışı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir,  Azərbaycanın Milli Məclisi ilə Rusiya Federal Məclisinin Dövlət Duması arasında mövcud olan yüksək səviyyəli  parlamentlərarası əlaqələrlə ziddiyyət təşkil edir.

Nəzərə çatdırılır ki, Azərbaycan Respublikasının rəsmi orqanlarının müvafiq icazəsi olmadan hər hansı şəxsin Dağlıq Qarabağa səfəri ölkə qanunvericiliyinin ciddi şəkildə pozulmasıdır. Azərbaycan Respublikasının beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizə apardığı şəraitdə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya Federasiyasının vasitəçiliyini nəzərə aldıqda V.Milonovun qanundankənar əməlləri qətiyyən qəbuledilməzdir.

Azərbaycan parlamentinin Spikeri bundan sonra bu kimi qanunsuz səfərlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyini diqqətə çatdırıb.

Məktubda həmçinin təəssüf hissi ilə qeyd edilir ki, Ermənistan silahlı qüvvələri bu yaxınlarda Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə olunmuş atəşkəs rejiminin arxasında gizlənərək işğalçı siyasətini və hərbi cinayətlərini davam etdirir. Milli Məclisin Sədri oktyabrın 17-nə keçən gecə Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsdən sonra ikinci dəfə mənfur raket hücumunun həyata keçirildiyini bildirib. Raket atəşinin mülki əhali arasında ağır itkilərə səbəb olduğunu söyləyən Sahibə Qafarova Ermənistan tərəfindən törədilən bu vandalizm aktının beynəlxalq humanitar hüququn və Cenevrə konvensiyalarının kobud şəkildə pozulması, müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib.

Məktubun sonunda Sahibə Qafarova beynəlxalq ictimaiyyətin Azərbaycan xalqına qarşı törədilən terrora biganə qalmayacağına və təcavüzkar ölkənin əməllərinə düzgün qiymət verəcəyinə ümidvar olduğunu ifadə edib.

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ "Taliban"ın qadınlarla bağlı fərmanını alqışlayır
Son xəbərlər
Bütün xəbərlər »