Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçrədə yaşayan azərbaycanlılar: “Ermənistan terrorçu dövlətdir!”
İsveçrə

İsveçrədə yaşayan azərbaycanlılar işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Bernin “Helvetia Platsa” meydanında icazəli aksiya keçiriblər.

Bizimyol.info xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya iştirakçıları Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən yenidən raket atəşinə tutulması nəticəsində mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən aksiyada Berndə yaşayan və fəaliyyət göstərən soydaşlarımız iştirak ediblər. Aksiyada “Qarabağ Azərbaycandır!”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!”, “İşğal beynəlxalq sülhə təhlükədir!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndirilib.

Aksiya iştirakçıları Gəncə və Mingəçevir şəhərlərinin atəşə tutulmasını, Gəncədə həlak olan mülki şəxslər arasında qadınların və azyaşlı uşaqların olmasını xüsusi vurğulayıb və dünya ictimaiyyətini erməni terroruna göz yummamağa çağırıblar.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu oktyabrın 11-i və 17-də gecə saatlarında Azərbaycanın cəbhə zonasından uzaqda yerləşən, ikinci ən böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyektlərə ciddi ziyan dəyib. Bu terror aktları nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

Paylaş »
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Putin Qarabağ haqqında danışdı
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »