Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Konstitusiya Məhkəməsi: Ermənistanın faşizm və nasizm siyasətinə "YOX" deyilməlidir
Konstitusiya Məhkəməsi

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində ərazi bütövlüyünün bərpası uğrunda işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistan respublikasının silahlı qüvvələrindən azad etmək məqsədilə Azərbaycan ərazisində hərbi əməliyyatlar keçirir”.

Bizimyol.info xəbər verir ki, bunu Azərbaycan Konstitusiya Məhkəməsinin dünya ölkələrinin konstitusiya məhkəmələrinə müraciətində qeyd edib.

Qeyd edilir ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində son həftələr ərzində bir sıra şəhər və yaşayış məntəqələri işğaldan azad edilib: “Hərbi əməliyyatlar yalnız beynəlxalq humanitar hüququn tələblərinə uyğun olaraq aparılır.

Azad edilmiş ərazilərin yerli əhalisinə hər cür yardım göstərilir, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın müdafiə nazirliyinin əsir düşmüş əsgərləri ilə Cenevrə Konvensiyalarının normalarına və əlavə protokollarına uyğun davranır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərini tərk etdiyini dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi qarşıdurmanın coğrafiyasını genişləndirməyə və müharibə bölgəsindən 60-100 km məsafədə yerləşən Azərbaycanın şəhərlərinə zərbələr endirməyə qərar verib.

Son bir neçə gün ərzində Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağcabədi və digər şəhər və yaşayış məntəqələrində yerləşən mülki obyektlər və yaşayış binaları Ermənistan ərazisindən raket atəşinə məruz qalıb.

Erməni tərəfin təcavüzü çoxsaylı mülki şəxslərin ölümü ilə nəticələnib. 27 sentyabr tarixindən etibarən 17 oktyabr tarixinə qədər 60 mülki şəxs həlak olub, 271 nəfər yaralanib. Ölənlər və yaralananlar arasında qadınlar və uşaqlar var. Mülki infrastruktura ciddi ziyan dəyib.

Bu faktlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin mülki əhaliyə qarşı apardığı terror və faşist siyasətinin növbəti təzahürüdür.

Beynəlxalq ictimaiyyət Ermənistan hökumətinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərəkətlərinə görə beynəlxalq hüquqi məsuliyyətini müəyyənləşdirib, tədbirlər görməlidir.

Biz dünyanın bütün konstitusiya nəzarəti orqanlarını, eləcə də bütün beynəlxalq təşkilatlarını, Ermənistan hökumətinin müharibə cinayətlərini qınamağa çağırırıq.

Bəşəriyyətə qarşı yönələn bu cinayətlər haqqında məlumat dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

Mütərəqqi beynəlxalq ictimaiyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin faşizm və nasizm siyasətinə açıq surətdə "YOX" deməlidir”.

Paylaş »
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Putin Qarabağ haqqında danışdı
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »