Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqbal Ağazadə: Bu savaşda hər kəsin kimlərə xidmət etdiyini gördük
İqbal Ağazadə

Dünən gecə Gəncə və Mingəçevir şəhərləri Ermənistan ərazisindən raket atəşinə tutulub. Gəncə şəhərində 2 məhəllə yerlə yeksan olub. İkisi uşaq olmaqla 13 nəfər ölüb, 40-dan çox insan yaralanıb. “Ümid” partiyasının sədri İqbal Ağazadə hadisəylə bağlı fikrini bildirib, Ermənistanın Azərbaycana qarşı terror aktını qətiyyətlə pisləyib:

“BMT, ATƏT, Avropa Birliyi, Avropa Şurası, İslam ölkələri təşkilatı, aparıcı dünya dövlətləri Ermənistanın bu gecə Gəncəyə raket atəşini qətiyyətlə pisləməklə yanaşı, Azərbaycanın apardığı anti-terror əməliyyatını açıq və qeyri-şərtsiz dəstəkləməlidirlər.

Ermənistan Cənubi Qafqazın Avropa ailəsinin bir üzvü olmasında ən böyük əngəl və maneədir.

Azərbaycanın haqq işini durdurmaq istəyən ayrı-ayrı dövlətlər, atəşkəsə səsləyən tərəflər Ermənistanın bu cinayətindən sonra mövqelərini korrektə etməli, terrorçu rejimin və havadarlarının durdurulması üçün Azərbaycana yardım etməlidirlər. Əks təqdirdə, kimsəyə nə demokratiya, nə də humanizm dərsi keçməyə qalxmasınlar.

Biz bu savaşda hər kəsin kimlərə və hansı məqsədlərə xidmət etdiyini bir daha gördük.

Birliyimizi, təmkinimizi qorumalı, daha sıx birləşməliyik.

Azərbaycan bu davadan qalib çıxmalıdır.

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Allah şəhidlərimizə rəhmət etsin!”

Paylaş »
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› “Azərbaycandan çox geri qalmışıq”
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »