Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN: “Yunanıstanlı nazirin Ermənistanda səsləndirdiyi iddialar gərginlik yaratmağın yeni sübutudur”
XIN - Türkiyə Xarici İşlər Nazirliyi

“Yunanıstan Xarici İşlər Naziri Nikos Dendiasın Ermənistan səfəri zamanı Türkiyə haqqında səsləndirdiyi iddialar qonşuluq, dialoq və əməkdaşlıq prinsiplərinə ziddir, gərginlik və münaqişə yaratmanın yeni bir sübutudur”.

Türkiyə Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy belə bildirib.

H.Aksoy deyib ki, N.Dendiasın ifadələri tarixi həqiqətləri ört-basdır edə bilməyəcək: “ Yunanıstan Anadoluda törətdiyi vəhşiliklərin müqabilində təzminat ödəməyə məhkum olduğunu unutmamalı, tarixi düzgün oxumalı və türklərə qarşı düşmənçilikdən vaz keçməlidir.

Bölgəmizdəki bütün problemlərin həllində ortaq məxrəcə gələn Türkiyə, problemləri yaradan və ya yaradanlara dəstək verən isə Yunanıstandır”.

Diplomat bildirib ki, Suriyada zalım Əsəd rejimini, Liviyadakı təxribatçı Haftarı, Qarabağdakı işğalçı Ermənistanı dəstəkləyən, Türkiyəyə qarşı PKK, PYD, FETÖ daxil bütün terror təşkilatlarına qapılarını açan, Egey dənizini qaçqınların məzarlığına çevirən, Egey və Aralıq dənizində ekspansionist siyasəti belə dəstəkləyən Yunanıstandır.

H.Aksoy Yunanıstan Xarici İşlər Nazirinə Dağlıq Qarabağ və ətrafdakı yeddi bölgədə kimin işğalçı və kimin qurban olduğunu ayırd etməyin vacibliyini tövsiyə edib:

“Ermənistanın Azərbaycan torpaqlarından dərhal, tamamilə və qeyd-şərtsiz geri çəkilməsinə dair BMT Təhlükəsizlik Şurasının qərarlarına baxmayaraq, 28 ildir qanunsuz işğalçılıq etməsini Yunanıstanın qınaması lazımdır.

Yunanıstan bu cür siyasətdən ayrılmalı, Türkiyəni, regionu və dünya həqiqətləri yaxşı görməlidir”.

Qeyd edək ki, N.Dendias Ermənistana gedib, qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib, Türkiyənin guya Qarabağ probleminə müdaxilə etdiyini bildirib və bundan Yunanıstanın “narahat” olduğunu iddia edib. O, Yunanıstanla Ermənistanın Türkiyə ilə ortaq probleminin olduğunu, Türkiyənin Avropa İttifaqının çağırışlarına məhəl qoymadığı kimi yalan ifadələrə yer verib.(apa)

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »