Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Putinin borcunu qaytardı
Vladimir Putin

Bir müddət əvvəl Belarusla Rusiya arasında təbii qaza görə borc gərginliyi yaranmışdı.

Ruslar qonşu ölkənin öhdəlikləri yerinə yetirmədiyini bildirirdi. Sentyabrın əvvəllərində Rusiyanın Energetika naziri borcun 330 milyon dollara çatdığını demişdi.

Bizimyol.info xəbər verir ki, Aleksandr Lukaşenko Vladimir Putinin borcunu qaytarıb. Belarus 2020-ci ilin yanvar-sentyabr ayları üçün “Qazprom” qarşısındakı öhdəlikləri yerinə yetirib. Belarusun Enerji Nazirliyinin mətbuat xidmətinin rəhbəri Olqa Kozloviç bu haqda məlumat verib. O, konkret rəqəm söyləməyib. Mətbuat xidmətinin rəhbəri, sadəcə, Rusiyaya daha borc qalmadığını bildirib.

Belarusun işin öhdəsindən Avrasiya sabitlik və inkişaf fondunun krediti hesabına gələcəyi gözlənilirdi. Minsk bununla bağlı dəqiq açıqlama verməkdən yayınır.

Son vaxtlar Rusiya ilə Belarusun münasibətləri yenə istiləşib. Ruslar qonşu ölkəyə 1.5 milyard dollar kredit ayırmağı düşünür.

Keçən il Lukaşenko dəfələrlə qaz borcunun düzgün hesablanmadığı ilə bağlı iradını çatdırmışdı. Belarus prezidenti eyni zamanda Rusiyanın qiymətləri aşağı salmalı olduğunu deyirdi.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »