Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın prezidenti NATO-dan inciyib
Armen Sarkisyan

Ermənistan hər vəchlə çalışır ki, Qarabağ döyüşlərində Azərbaycan ordusunun zəfər yürüşünü kənar qüvvələrin hesabına dayandırsın.

Bunun üçün ermənilərin üz tutmadığı yer qalmayıb.

Bizimyol.info xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan NATO-dan inciyib. Onun fikrincə, alyansın üzvü olan Türkiyə münaqişənin həllində heç bir rol oynamamalıdır. Qardaş ölkə dronlarının havada görünməsi Ermənistan prezidentini çox qıcıqlandırır. Sarkisyan hesab edir ki, NATO üzvünün münaqişədə tərəf tutmasına imkan verməməlidir.

Ermənistanın dövlət başçısı İsraili tənqid edib. Çünki bu dövlət də Azərbaycanın haqq davasını dəstəkləyir. Əlbəttə, Sarkisyan belə ifadə etməyib. O, İsrail dronlarının zərbələrindən sarsılıb.

Sarkisyan düşünür ki, ABŞ və Avropa Birliyi Azərbaycana təzyiq göstərməlidir. Ermənistan prezidenti belə bəyanatlarla ordumuzun qarşısını almağın mümkün olacağını fikirləşir.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› “Əgər orduya kömək etmək istəyirsinizsə,..” - Hərbi ekspertdən çağırış
Son xəbərlər
Bütün xəbərlər »