Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Ukrayna ilə birgə terror təşkilatlarına qarşı mübarizəmizi artıracağıq”
Rəcəb Tayyib Ərdoğan

“Bu gün Türkiyə və Ukrayna arasında əməkdaşlığımıza dair həm təkbətək, həm də heyətlərarası önəmli görüşümüz oldu. Xüsusilə, FETÖ və digər terror təşkilatlarına qarşı birgə mübarizəmizi artırmaq istiqamətində razılığa gəldik”.

APA-nın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə İstanbulda görüşdükdən sonra keçirilən mətbuat konfransında belə deyib.

R.T.Ərdoğan bildirib ki, Türkiyə Ukraynanı regionda sülh, rifah və təhlükəsizliyin təminində açar ölkə olaraq görür.

Türkiyə Prezidenti Ukraynanın ərazi bütövlüyünü Krım daxil hər zaman dəstəklədiklərini vurğulayıb: “Türkiyə Krımın qanunsuz işğalını tanımır, Krım türklərinə Ukraynanın yüksək dairələri ilə birgə dəstəyimiz davam edəcək”.

“Heç bir virus aramızdakı dostluğa əngəl ola bilməz” deyən V.Zelenski isə Türkiyə ilə Ukrayna arasında strateji, eləcə də qarşılıqlı maraqların olduğu bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib: “BMT-nin 75-ci dönəm çərçivəsində işğal altındakı Krımda insan haqlarının müdafiəsini təmin etmək üçün yaxın əməkdaşlıq edəcəyik. Türkiyəni krımlıların hüquqlarını qorumaq üçün Krım layihəsinə dəvət etdim. Bu layihəni dəstəklədiyiniz üçün minnətdaram. Bu gün biz Donbasdakı çətin vəziyyəti müzakirə etdik. Böhranı aradan qaldırmaq və sülhü bərqərar etmək üçün yeganə yolun diplomatik danışıqlar olduğu qərarına gəldik”.

Paylaş »
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda qadın başına dəmir düşməsi nəticəsində ölüb
Son xəbərlər
Bütün xəbərlər »