Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: “Orada çıxan təbii ehtiyatları, bizim torpaqdan əldə edilmiş məhsulu onlar Ermənistana daşıyırlar”
İlham Əliyev

“Ermənistanın əsl dərdi onların bizə olan əzəli nifrətidir. Ermənistan faşist siyasəti aparır, Türkiyəyə, Azərbaycana nifrəti aşılayır. Uşaqlara türkləri düşmən kimi qələmə verir və öz əhalisinin beyinlərini zəhərləyir”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber”ə kanalına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinin təməlində bu dayanır, əsas məsələ budur: “Digər bölgələr həm bitkiçilik, həm heyvandarlıq üçün çox münbit torpağı var, çox gözəl torpağı var. Onlar bunu istismar edirlər. Kəlbəcərin qızıl yataqları, onlar qanunsuz olaraq oranı istismar edirlər və biz bütün o işdə onlara kömək olan və ora investisiya yatıran şirkətlərə məktub göndərmişdik. Mən bu döyüşlərdən əvvəl verdiyim açıqlamalarda demişdik ki, son xəbərdarlıq edirik bütün xarici şirkətlərə.

Ya dayandırın bu fəaliyyəti, ya biz sizi məhkəməyə verəcəyik və məhkəmədə bizim sözümüz keçəcək. Çünki bu, qanunsuzdur. Orada çıxarılan qızılları Ermənistan aparır xaricə satır və pul qazanır. Orada çıxan təbii ehtiyatları, bizim torpaqdan əldə edilmiş məhsulu onlar Ermənistana daşıyırlar. Ona görə burada bir çox hədəflər var. Əsas məqsəd bu torpaqları əbədi Ermənistanın tapdağı altında saxlamaqdır və buna da onlar nail ola bilmədilər”.

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »