Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN-dən Ordubada raket atılmasına reaksiya
XIN - Türkiyə Xarici İşlər Nazirliyi

“Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Qubadlı rayonundan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna atılan raket hücumunu sərt şəkildə qınayırıq”.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.

“Ermənistan işğal etdiyi torpaqlarda aldığı məğlubiyyətə görə hər gün daha da azğınlaşır", - məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »