Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Müdafiə Nazirliyi: Azərbaycanın əks-həmlə əməliyyatı uğurla davam edir
Türkiyə Müdafiə Nazirliyi

“10 oktyabrda elan edilən humanitar atəşkəsə baxmayaraq, Ermənistan silahlı qüvvələri birbaşa olaraq Azərbaycanın yaşayış məntəqələrini və mülki vətəndaşları atəşə tutmaqda davam edir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin gündəlik mətbuat brifinqində bildirilib.

“Ermənistanın qadağan olunmuş silahlardan istifadə edərək günahsız mülki əhalini, yaşayış məntəqələrini atəşə tutması açıq-aşkar müharibə cinayətidir. Ermənistan bu hücumları ilə bölgədə sülh və sabitliyin önündə ən böyük əngəl olduğunu bir daha nümayiş etdirdi. Bölgədə sülhün əldə edilməsi üçün Ermənistan əcnəbi terrorçuları və muzdlu əsgərləri geri göndərməli, hücumlara və qanunsuz işğala son verməlidir. Azərbaycanın öz xalqını və ərazi bütövlüyünü qorumaq, vətən torpaqlarını erməni işğalından azad etmək məqsədilə başlatdığı əks-həmlə əməliyyatı uğurla davam edir. Türkiyə və Azərbaycan arasında münasibətlər həqiqi qardaşlıq münasibətləridir. Bu qardaşlıq bizim üçün vazkeçilməzdir. Haqlı davasında bundan sonra da Azərbaycanın yanında olacağıq”, - deyə qeyd olunub.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »