Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri: “Biz haqq yolundayıq və qalib gələcəyik”
Yahudi ibadətləri

"Bu Vətən, bu şəhidlər bizimdir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə mətbuat konfransında bildirib.

M. Yevdayev deyib ki, sentyabrın 30-da döyüş bölgələrində olub: “Mən orada xalqın mətinliyini, Ordu və Ali Baş Komandanla birliyini qürurla hiss etdim. Kişi çuğundur yığırdı, sahəyə mərmi düşdü. Dedik, mərmi düşüb, dedi, nə olsun, qabaqda ordumuz var. Biz yəhudi təşkilatlarına müraciət etmişik. Biz haqq yolundayıq və qalib gələcəyik. Biz Ali Baş Komandanın, Ordumuzun şərəfinə dua oxuyuruq. Uca bayrağımız Qarabağın səmalarında dalğalansın”.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Koronavirusla adi qripin fərqi
Son xəbərlər
Bütün xəbərlər »