Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan XİN Mayk Pompeonun açıqlamasına etiraz bildirib
Mayk Pompeo

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Katibi Mayk Pompeonun açıqlamasına etiraz edib.

Bizimyol.info xəbər verir ki, XİN-in Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilir ki, Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Mayk Pompeo bu ilin 15 oktyabr tarixində “WSB Atlanta” televiziya kanalında Erik Erikson Şou verilişində səsləndirdiyi fikirlər sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

“Azərbaycan tərəfi hesab edir ki, ABŞ Dövlət Katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil.

Bu fikirlər, həmçinin ABŞ-ın ATƏT-in Minsk Qrupunun həm-sədr ölkələrindən biri kimi statusuna uyğun gəlmir”, - deyə açıqlamada bildirilir.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »