Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstiqlalçı deputat: “O zaman biz görəcəyik ki Azərbaycanın müstəqilliyi əbədidir”
Vahid Əhmədov - Deputat

Hər il oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqillik Günü kimi qeyd olunur. Bu il milli müstəqilliyin 29 yaşı ərəfəsində Azərbaycan Ordusu işğal edilmiş əraziləri azad etmək istiqamətində əməliyyatları davam etdirir. Artıq şəhər, qəsəbə, kəndlər və strateji yüksəkliklər işğaldan azad edilib.

Bizimyol.info-ya açıqlamasında Milli Məclisin istiqlalçı deputatı Vahid Əhmədov Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda qələbələr münasibətilə xalqı təbrik edib.

“18 oktyabr 1991-ci il Azərbaycan üçün ən önəmli tarixdir. Çünki biz həmin tarixdə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdik. Hər il oktaybarın 18-də dövlət başçıları Prezident İlham Əliyevi bu gün münasibətilə təbrik edirlər. Ona görə də Dövlət Müstəqilliyi Günü mənim üçün əhəmiyyətlidir. Çünki mən istiqlalçı deputatam, Azərbaycanın müstəqilliyinə səs vermişəm. Və fəxr edirəm ki, həmin tarixdə düzgün qərarlar qəbul etmişəm.

Bu günlərdə isə Azərbaycan 30 ildən sonra ərazilərini işğaldan azad edir. Biz bu məsələni oktyabrın 18-ə kimi həll etsəydik, lap əla olardı. Biz eyni gündə ikiqat bayram edərdik.

Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın müstəqillik tarixində yeni səhifələr yazılır. Yəni müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məhz indi həyata keçirilir. Bu, məhz bizim üçün önəmlidir və biz bunu yüksək qiymətləndiririk.

Allah qoysa, Azərbaycanın bütün torpaqları işğaldan azad olunar və Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan Şuşaya, Xankəndinə Azərbaycan bayrağını sancar. O zaman biz görəcəyik ki Azərbaycanın müstəqilliyi daimidir, əbədidir və dönməzdir.

Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda qələbələr münasibətilə xalqı təbrik edirəm. Çünki gələn il Azərbaycanın müstəqilliyinin 30 ili tamam olur. Yəqin ki 30 illiyi çox yüksək səviyyədə keçirilməsilə əlaqədar tədbirlər planının işlənin hazırlanar və bu planı dövlət başçımız imzalayar”,-deyə istiqlalçı deputatı Vahid Əhmədov bildirib.

Ramid İbrahimov

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »