Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə parlamentinin sədri Azərbaycana səfər edəcək
Mustafa Şentop

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti əsasında Azərbaycana səfər edəcək.

Bu barədə TBMM-dən məlumat verilib.

Bildirilib ki, M. Şəntop və onun rəhbərlik etdiyi nümayəndə heyəti 18-20 oktyabr tarixlərində Azərbaycanda səfərdə olacaq.

Səfər çərçivəsində Türkiyə parlamentinin sədri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.

M. Şəntop 20 oktyabrda Azərbaycan Milli Məclisində çıxış edəcək.

“Bakıda keçiriləcək görüşlərdə Türkiyənin Azərbaycana dəstəyi bir daha ifadə olunacaq. Azərbaycan nə zaman və hansı məsələdə bizdən dəstək istəyərsə, lazımi köməklik etməyə hazır olduğumuzu bir daha bəyan edəcəyik. “Bir millət, iki dövlət" olaraq dərdimiz və sevincimiz birdir. Bölgədə sülhün, sabitliyin, ədalətin və beynəlxalq hüququn prinsiplərinin hökm sürməsi Türkiyənin yeganə məqsədidir”, - deyə Türkiyə parlamentindən bildirilib.(apa)

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »