Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil naziri: “İrəlidə olan tətil günlərini istifadə edirik, tədris müddəti azaldılmır”
Emin Əmrullayev

“Təhsil müəssisələrində karantin yox, tətil elan edilib. Yəni hər hansı formada dərs aparılmayacaq”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Təhsil naziri deyib ki, söhbət burada payız tətili ilə yerdəyişmədən gedir: “Əvvəlki dövrlə müqayisədə son günlər virusun yayılması daha sürətlidir. Cəbhədə baş verən hadisələrə görə 1221 məktəbdə tədrisi təşkil edə bilmərik. Məktəblərdə koronavirusa kütləvi yoluxmaya rast gəlməmişik, ancaq şagirdlər, müəllimlər nəqliyyatla dərsə gəlir, onlar da yoluxmanın artmasına səbəb ola bilər. Bu qeyri-müəyyənlik halında iki həftə gözləmək məqsədəmüvafiqdir. İnternetlə bağlı müəyyən platformalar da işləyir. Yəqin oktyabrın sonlarında, noyabrın əvvəlində internetlə bağlı məsələ ilə əlaqədar da ictimaiyyətə məlumat veriləcək. İnanırıq ki, qısa müddətdə Azərbaycan Ordusunun zəfər yürüşü uğurla nəticələnəcək və cəbhə bölgəsindəki məktəblər də tədrisə qayıdacaq”.

E.Əmrullayev qeyd edib ki, tətil elan edilən günlər kompensasiya ediləcək: “İrəlidə olan tətil günlərini istifadə edirik, tədris müddəti azaldılmır. Mövcud tətil günlərini əvvələ keçiririk”.(apa)

Paylaş »
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
››› Paşinyanın arvadı döyüşə gedir
Son xəbərlər
Bütün xəbərlər »