Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evlərinin həyətinə mərmi atılan politoloq: “Ermənistana əsas zərbə müharibədən sonra dəyəcək”
TOÇKA-U” raketi - kaset bomba

Bu günlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə, Tərtərə, Bərdəyə, Mingəçevirə, Naftalana və Azərbaycanın mülki əhalinin yaşadığı digər regionlara atılan kaset bombalarına və ballistik raketlərə görə bu dövlətə qarşı BMT Nizamnaməsinin VII Fəslinə (“Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər”) əsasən xüsusi sanksiyalar qəbul edilə bilər.

“Ermənistanla Azərbaycan müharibə vəziyyətindədir. Azərbaycan haqlı olaraq hesab edir ki ərazisinin müdafiə hüququndan istifadə edir. Çünki işğal edilmiş Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazisi kimi tanınır. Odur ki, Ermənistan Azərbaycanın həm hərbçilərinə, həm də mülki əhalisinə qarşı törətdiyi hər bir hərəkətinə görə başlıca məsuliyyət daşıyır”.

Fərhad Mehdiyev Fərhad Mehdiyev

Bunu Bizimyol.info-ya açıqlamasında dövlət hüququ üzrə doktor, politoloq Fərhad Mehdiyev bildirib.

F.Mehdiyev qeyd edib ki, mülki əhaliyə qarşı güc tətbiqi yol verilməzdir: “Bu günlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə, Tərtərə, Bərdəyə, Mingəçevirə, Naftalana və Azərbaycanın mülki əhalinin yaşadığı digər regionlara atılan kaset bombalarına və ballistik raketlər atdı. Beynəlxalq hüquqa görə əgər mülki əhalinin yaşadığı yerin yaxınlığında hərbi hissə və atəş mövqeyi yoxdursa, ora atəş açmaq cinayətdir. Ermənistanın raketlər atdığı mülki əhalinin yaşadığı yerlərə yaxın isə hərbi hissə və atəş mövqeyi yoxdur. Ermənistanın beynəlxalq hüquqa sığmayan əməlləri barədə beynəlxalq medianı bura dəvət edib məsələni dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır. Azərbaycan, Türkiyə və digər dost dövlətlər bu məsələnin BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilməsini istəyə bilər”.

Politoloq vurğulayıb ki Azərbaycanın Ermənistana əsas zərbəsi sülh müqaviləsi imzalananda olacaq: “Biz inanırıq ki bu müharibə bizim qələbəmizlə başa çatacaq. Sül müqaviləsi zamanı biz onlardan kompensasiya istəyəcəyik. Kompensasiya bizə əvvəlki illərdə vurduğu zərərlə bərabər bu günlərdə vurulan zərər də onlardan tələb ediləcək. Onların bizə vurduğu milyardlarla dollar zərərin bir hissəsini Qarabağdan Naxçıvana keçəcək dəhliz müqabilində Ermənistana keçə bilərik. Yəni onlara belə bir şərt də qoymaq lazım olacaq. Bu, quru yol dəhlizi olacaq. Bu dəhlizdən nəqliyyat xətti ilə yanaşı, kommunikasi xətti, enerji xəttlərini keçirmək mümkün ola bilməlidir. Bundan başqa, zərərçəkmiş insanlar Ermənistana qarşı iddia ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilərlər. Amma sülh müqaviləsinə əsasən Ermənsitan bizə kompensasiya ödəsə, vətəndaşlar Avropa İnsan Haqları Məhkəməsindən kompensasiya tələb edə bilməyəcək”.

F.Mehdiyev qeyd edib ki, Avropa Şurasında, Avropa Parlamentində, MDB ölkələrinin sammitində Ermənistanın işğalçı siyasətini gündəmə gətirmək lazımdır: “Mən ötən gün Horadizdəydim. Sakinlərə məxsus evlərin həyətinə mərmilər düşüb. Onlardan biri də bizim evimizin həyətinə düşüb. Hamısının şəkillərini çəkmişəm. Bütün bunlar müharibə cinayətləridir. Ermənistan bu cinayətlərini 90-cı illərdə Qarabağ müharibəsi zamanı da edibdir”.

Ramid İbrahimov

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Ali Baş Komandan: “Azərbaycanın qarşısında heç kim dura bilməz”
››› Qubadlı şəhəri işğaldan azad olundu!
››› Düşmən itki verərək geri çəkilməyə məcbur edilib - Video
Son xəbərlər
Bütün xəbərlər »