Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Operativ Qərargah işçi sayının azaldılmasını tövsiyə edir
Nazirlər  Kabineti

Bütün dünyada, o cümlədən Azərbaycanda “Covid -19” virusuna yoluxma hallarının sürətlə artması, xüsusilə son günlərin statistikası xüsusi karantin rejiminin qaydalarında bəzi dəyişikliklərin edilməsi zərurətini yaratmışdır.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahından verlən məlumatda bildirilir ki, sahibkarlıq fəaliyyətinə olan məhdudiyyətlər aradan qaldırılıdığına görə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışan şəxslər tam heyətlə işə cəlb edilir. Bu isə ictimai nəqliyyatın həddindən artıq yüklənməsinə, iş yerlərində karantin qaydalarına əməl olunmasında problemlərin yaranmasına, ticarət və xidmət obyektlərində sıxlığa gətirib çıxarır.

Yaranmış vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qarargah özəl sektorda fəaliyyət göstərən müəssisələrə tövsiyə edir:

Zəruri hesab edilən işçi heyətini məhdud sayda işə cəlb etsinlər və digər işçilərin maksimum məsafədən işləməsini təmin etsinlər;

Ən zəruri hallar istisna olmaqla 65 yaşdan yuxarı əməkdaşlar əməkhaqqı saxlanmaqla müvəqqəti olaraq işə cəlb olunmasın.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib - Video
››› Ali Baş Komandan: “Azərbaycanın qarşısında heç kim dura bilməz”
Son xəbərlər
Bütün xəbərlər »