Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydenlə bir təyyarədə COVID-19 xəstəsinin uçduğu məlum olub
Co Bayden

ABŞ prezidentliyinə namizəd Co Baydenlə eyni təyyarədə olan bir hava nəqliyyatı işçisinin koronavirus testi müsbət çıxıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Baydenin mətbuat xidməti məlumat verib.

Siyasətçinin sağlamlığının təhlükə altında olmadığı və karantinə alınmayacağı bildirilib: "Bayden ilə xəstə adam arasındakı məsafə 15 metrdən artıq olub və göyərtədəki bütün insanlar tibbi maskalar taxıblar", -deyə bildirilir.

Bayden öz Twitter səhifəsində koronavirus testindən keçdiyini və onda xəstəlik aşkarlanmadığını yazıb. Siyasətçi əlavə edib ki, ətrafındakı işçiləri də koronovirusa yoluxmuş adamla əlaqə saxlamayıblar.

Qeyd olunur ki, ABŞ-da noyabrın 3-də keçiriləcək prezident seçkilərində demokratların namizədi olanBayden seçki  kampaniyasına davam edəcək. Baydenin əsas rəqibi isə bu yaxınlarda koronavira yoluxaraq müalicə alan ABŞ-ın hazırkı prezidenti, respublikaçı Donald Trampdır.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 21 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »