Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: “Yaxın vaxtlarda növbəti sevincli, xoş xəbərlər gələcək”
İlham Əliyev

“Demək olar ki, hər gün Azərbaycan Ordusu uğurlu əməliyyatlar keçirir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı deyib ki, bu əməliyyatlar haqqında ictimaiyyətə də məlumatlar verilir: “Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə döyüş meydanında da əsas hədəf strateji yüksəklikləri işğalçılardan almaq və böyük əraziləri nəzarət altına almaqdır. Dünən mənim tərəfimdən verilən açıqlama Azərbaycan xalqını növbəti dəfə sevindirdi. Füzuli rayonunun 3, Xocavənd rayonun 5 kəndi işğalçılardan azad edildi. Deyə bilərəm ki, həm şimal, həm cənub istiqamətlərində, həm də şərq istiqamətlərində artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir. Bizim uğurlu əməliyyatımız davam edir. Əlbəttə ki, hər gün bu rəqəmlər dəyişir. Bu günə qədər 40-a yaxın, ya da 40-dan çox yaşayış məntəqəsi, şəhərlər və kəndlər işğalçılardan azad edilib. Yaxın vaxtlarda növbəti sevincli, xoş xəbərlər gələcək”.(apa)

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »