Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Senator: "İtaliya hökuməti Ermənistanın müharibə cinayətlərini qəti şəkildə pisləməlidir"
Milli Məclis

İtaliyanın “Yaşasın İtaliya” Ppartiyasının üzvü, senator Mauro Mario Marino Ermənistan hərbi qüvvələrinin humanitar atəşkəsi pozaraq Gəncə şəhərini və oradakı mülki əhalini raket hücumuna məruz qoymasını pisləyən açıqlama yayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, italyan senator bildirib ki, Azərbaycan hərbi hücuma məruz qalmış ölkə olmasına baxmayaraq, atəşkəslə bağlı beynəlxalq ictimaiyyətin çağırışlarını qəbul edib. Lakin Ermənistan tərəfindən atəşkəsin pozulması bu işğalçı ölkənin bir daha beynəlxalq hüquqa hörmət etmədiyini sübut edir.

İtaliyan senator vurğulayıb ki, İtaliya hökuməti Ermənistanın bu vəhşi və müharibə cinayəti hərəkətlərini qəti şəkildə pisləməli və Ermənistandan mülki əhalini atəşə tutmağı dayandırmasını, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmasını tələb etməlidir.

İndoneziya Parlamentinin Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon da bu günlərdə Azərbaycana dəstək verən bəyanatla çıxış edib. Bəyanatda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunur, Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təcavüz və təxribatlar pislənilir.(apa)

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »