Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağdan qaçan erməniləri saxlamaq üçün qadağalar tətbiq olunub
Araik Aratunyan

Dağlıq Qarabağda separatçı quldur rejimin “rəhbəri” Araik Arutyunyan Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından qorxuya düşərək ərazini tərk edən mülki əhalini dayandırmaq üçün qadağalar tətbiq edib.

Bu barədə o, “Facebook” hesabında yazıb.

Separatçıların “rəhbəri” bölgədə tətbiq edilən hərbi rejimi bəhanə edərək çağırış yaşına çatmış şəxslərin Qarabağ ərazisindən çıxmasını qadağan edib.

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun öz torpaqlarını müdafiəsi qarşısında çıxılmaz vəziyyətdə qalan Ermənistan ölkə qanunlarına qarşı çıxaraq, son 1 ildə tərxis olunmuş çağırışçıları da hərbi xidmətə yenidən cəlb edib.

Eyni zamanda, işğalçı dövlət döyüşlərə artıq qocaları da məcburi cəlb edir.

Xatırladaq ki, sosial şəbəkədə mövqelərindən qaçmamaları üçün zəncirlənmiş erməni hərbçiləri, Xankəndinin tam olaraq boşalması barədə çoxlu görüntülər yayılıb.(oxu.az)

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »