Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Viktor Yuşenko: “Gəncədə mülki şəxslərin həlak olması ilə bağlı xəbərlər ciddi narahatlıq doğurur”
Viktor Yuşenko

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir: “Hörmətli cənab Prezident,

Biz hazırda Azərbaycandakı vəziyyəti böyük narahatlıqla izləyirik. Tarixi və mühüm əhəmiyyətli Gəncə şəhərində mülki şəxslərin həlak olması ilə bağlı xəbərlər ciddi narahatlıq doğurur.

Biz kənar qüvvənin beynəlxalq hüququ kobud şəkildə pozaraq ölkənizin ərazisini işğal etməsi və beynəlxalq təşkilatların buna lazımi reaksiya göstərməməsi ilə bağlı məyusluğun nə olduğunu Ukraynada yaxşı başa düşürük.

Cənab Prezident, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvləri olaraq Sizin yanınızdayıq. Biz bu problemlə bağlı təbliğat işlərinin aparılması məqsədilə lazımi tədbirləri əlaqələndirmək üçün həmsədrlərimiz və baş katibimizlə sıx əməkdaşlıq edirik.

Ölkəniz və xalqınız üçün dua edirik.

Dərin hörmətlə,

Viktor Yuşenko

2005-2010-cu illərdə Ukraynanın Prezidenti

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Katerina Yuşenko

2005-2010-cu illərdə Ukraynanın birinci xanımı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü”.(apa)

Paylaş »
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
››› Paşinyanın arvadı döyüşə gedir
Son xəbərlər
Bütün xəbərlər »