Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyanın qalmaqallarla gündəmdə olan atom sualtı gəmisinin 35 dənizçisi koronavirusa yoluxub
Sualtı qayıq

Britaniyanın “HMS Vigilant” atom sualtı qayığının 35 dənizçisi koronavirusa yoluxub.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Sualtı qayıq “Trident II” sualtı ballistik raketini təmir etmək üçün ABŞ sahillərinə çıxıb.

Lakin Corciyada yerləşən HDQ bazasında qalma əmrinə məhəl qoymayaraq, ekipaj üzvlərindən bəziləri barlara və striptiz klublara gediblər, narkotik istifadə ediblər.

Bir neçə dənizçi isə hətta Florida ştatındakı Kokoa çimərliyində (bazadan 600 kilometr məsafədə) olublar.

Bu gəzintilər isə heyət üzvlərinin bəzilərinin COVİD-19-a yoluxması ilə nəticələnib.

Yoluxanlar arasında gəmidəki həkim və nüvə silahı buraxma kodunu bilən iki ekipaj üzvündən biri olan baş zabit də var.

Qeyd edək ki, sözügedən sualtı qayıq qalmaqallarla tanınır. İlk dəfə 2017-ci ildə gəmi daxilində heyət üzvləri arasında olan sevgi macərası bir neçə nəfərin istefası ilə nəticələnmişdi.

Artıq Britaniya mətbuatı sözügedən sualtı atom qayığına “HMS Sex and Cocaine” ləqəbini verib.(oxu.az)

Paylaş »
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
Son xəbərlər
Bütün xəbərlər »