Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: Kilsəni ermənilər özləri içindən partladıblar
Erməni kilsəsi

Bir həftə öncə Şuşa şəhərində raket zərbəsilə damı vurulan erməni kilsəsini düşmən tərəf necə deyərlər əlində bayraq edib.

Azərbaycan Müdafiə Nazirliyi erməni mənbələrinin guya Şuşada kilsəyə raket zərbəsi endirilməsi ilə bağlı yaydığı məlumatları şərh edərək bildirib ki, kilsənin zərər çəkməsi barədə xəbərlər araşdırılıb və bu Azərbaycan əsgərinin “əl işi” deyil

Digər tərəfdən, binada zərbənin dəydiyi iddia olunan yerin təhlili və “Google Maps” üzərindən aparılan araşdırma göstərir ki, “zərbə” kilsənin binasının Azərbaycan tərəfinə yox, Ermənistan tərəfinə baxan hissəsindən dəyib. Erməni tərəfinin məntiqindən belə çıxır ki, raketimiz kilsənin üzərindən keçməli, sonra geriyə dönüş edib, binanın Ermənistan tərəfinə baxan hissəsindən zərbə vurmalı idi.

Tərlan Eyvazov Tərlan Eyvazov

Ehtiyata olan zabit, siyasi şərhçi Tərlan Eyvazov hesab edir ki, kilsəni ermənilər içəridən özləri deşiblər. Bu onlara qara təbliğatın aparılması üçün lazım idi. Ermənilər yenə həmişəki kimi, qarayaxma kampaniyası aparır, özü vurub, məni vurdular deyə haray-həşir salır. Amma daha dünya o dünya deyil.

“Birincisi onu deyim ki, I Qarabağ savaşı zamanında belə, yəni 91-92-ci illərdə dünyanın qarışıq vaxtında, hələ o vaxt ki, hərbi nizam-intizam indikindən qat- qat aşağıydı, heç o zaman bizim əsgərlərimiz o kilsəyə toxunmurdu. Mən özüm orda olmuşam. Əksinə, onun yanına Qrad qoyub, Xankəndini vururdular.İkincisi, Azərbaycan tərəfinin atdığı silahlar müasir silahlardır və müasir texnologiya ilə idarə olunur. Həddən artıq dəqiqdirlər və Müdafiə Nazirliyimiz haraların vurulması barədə videoçarxlar da təqdim edir. Üçüncüsü,Şuşada olan həmin kilsənin həddən çox yayılmış videolarına gəlincə. Mən bir keçmiş zabit kimi yayılan bu qısa videoalara baxıb araşdırmışam. Bu kilsənin damında atılmış o deşik məxsusən elə bil “sverlo” ilə deşilib. Kilsə həqiqətən raketlə vurulmuş olsaydı o dağılan digər tikililərəin gününə düşərdi. Biz innaqurasiya keçirilən sarayı vurduq darmadağın olmuşdu, raket onun yaxınlığına düşmüş olsaydı ona aşağıdan zərər vermiş olardı, divarları zədələnərdi,onun yuxarı kümbəzindən zədələnməzdi ya da dağıntı çox olardı. Kilsə çox yüksəkdə yerləşir. Bizim əsgərlərə komanda verilib. Belə tarixi tikililərə toxunmuruq. Görünən bir yerdədir, bizimkilər onu əsla vurmazdılar. Hesab edirəm ki, bu dünyada Azərbaycana qarşı bir mövqe yaratmaq üçün erməni fitnəsidir, cənab Prezident də öz çıxışlarında bu kilsənin partladılmasına dair şübhələrinin olduğunu dilə gətirir.Bitərəf ekspertlərdən ibarət komissiya tərtib edilsə sübut edə bilər ki, kilsəni ermənilər özləri vurublar. Onlar yenə o kilsəyə toplaşıb dualar edirlər və bunu çəkib dünyaya göstərirlər. Bu öncədən planlaşdırılmış erməni yalanından başqa bir şey deyil”,- deyə ekspert bildirib.

İlhamə

Paylaş »
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda qadın başına dəmir düşməsi nəticəsində ölüb
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
Son xəbərlər
Bütün xəbərlər »