Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DYP məhdudiyyətlə bağlı hərəkət iştirakçılarına müraciət edib
DYP - Dövlət Yol Polisi

Son günlər ölkə ərazisində “COVID-19” infeksiyasının yayılmasında müşahidə olunan artım dinamikası nəzərə alınaraq Nazirlər Kabinetinin müvafiq qərarları ilə 14 oktyabr saat 00.00-dan Sabirabad şəhərinə, rayonun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə, 15 oktyabr saat 00.00-dan isə Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, giriş-çıxışa məhdudiyyət tətbiq edilib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, bununla əlaqədar hərəkət iştirakçılarından, xüsusilə həmin istiqamətlərə getmək istəyən respublikanın digər şəhər və rayon sakinlərindən xahiş olunur ki, səfərə çıxmazdan əvvəl qeyd olunan şəhər və kəndlərdə xüsusi karantin rejiminin sərtləşdirilməsini və bu səbəbdən adıçəkilən inzibati ərazilərə buraxılmayacaqlarını nəzərə alsınlar.

“Ümid edirik ki, ölkəmiz üçün hazırkı həssas dönəmdə hər bir hərəkət iştirakçısı özünün və yaxınlarının sağlamlığını qorumaq naminə müraciətimizə anlaşıqlı şəkildə yanaşacaq və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə sərtləşdirilmiş xüsusi karantin rejiminə, eləcə də sanitar-epidemioloji vəziyyətlə bağlı bütün tələblərə ciddi riayət edəcəklər”, - deyə məlumatda qeyd olunub.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
Son xəbərlər
Bütün xəbərlər »