Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi planına Türkiyə etiraz edir" - Politoloq
Putin - Ərdoğan

Türkiyə bütün istiqamətlərdə Azərbaycana ola biləcək təzyiqləri bloklayır, qarşısını əvvəlcədən alır. Müdafiə naziri Akar Şoyqu ilə, Xarici işlər naziri Çavuşoğlu Lavrovla danışır. Sülhməramlılar söhbəti çıxan kimi dünən Türkiyə Prezidenti Rusiya prezidentinə zəng edib.

Məsələ ilə bağlı politoloq Nəzakət Məmmədova Bizimyol.info-ya bildirib ki, haqlı olaraq Türkiyə sülhməramlı adı altında Rusiya qoşunlarının Azərbaycan ərazisinə yerləşdirilməsini Azərbaycanın müstəqilliyinə təhdid hesab edir.

Nəzakət Məmmədova Nəzakət Məmmədova

“Ermənistanın işğalçı siyasətinə qarşı Türkiyənin indiyə kimi mövqeyi Ermənistanin blokadasında iştirak etmək, əlaqələri dayandırmaq və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəstək bəyanatları vermək idi.

Türkiyə yaxınlarda bölgəmizə maraqlı olduğunu bildirdi, Azərbaycana hərbi cəhətdən də dəstək verə biləcəyini istisna etmədi. Biz də bu gün bunun nəticələrini görürük. Regionun sahibi təkcə Rusiya deyil. Türkiyə Cənubi Qafqazı Orta Şərqə qurban vermir. Biz bunun nümunələrini də görürük. Diplomatik cəhətdən Türkiyə etirazlarını bildirir. Bu günlərdə Moskvada imzalanan humanitar atəşkəs bəyənatına da Türkiyə etiraz edərək bildirdi ki bu, davamlı sülh deyil. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi planına Türkiyə etiraz edir. Türkiyənin bir bəyanatı belə vəziyyəti dəyişməyə imkan verir. Türkiyə sülhməramlı adı altında Rusiya qoşunlarının Azərbaycan ərazisinə yerləşdirməsinə və regionu ələ almasına imkan vermək istəmir. Türkiyə bununla Azərbaycanın müstəqilliyinin sonu ola biləcəyini düşünür və haqlıdır. Rusiya sülhməramlıları Azərbaycan üçün tələdir”,-deyə politoloq N.Məmmədov bildirib.

Ramid İbrahimov

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »