Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Smartfondan koronavirusu təmizləməyin yolları açıqlanıb
Telefon SMS

İnsanlar təkcə əllərini deyil, virus və mikroblar yayan smartfonlarını da dezinfeksiya etməli, hətta yumalıdırlar.

“Sputnik”in məlumatına görə, bu barədə cihazlar və texnologiyalar haqqında məlumatları dərc edən DGL.ru portalının baş redaktoru Lyudmila Murzina xəbərdarlıq edib.

Onun sözlərinə görə, əllərin tez-tez yuyulması, koronavirus da daxil olmaqla viral infeksiyaya yoluxma ehtimalını azaldır, ancaq təhlükəli orqanizmlər smartfondan da keçə bilər.

“Smartfonlar infeksiya yayan vasitələrdən biridir. Həqiqətən də smartfon üzəri mikroorqanizmlər, mikroblar və viruslarla doludur. Əlbəttə ki, koronavirus da orada mövcud ola bilər. Ən vacib qoruma mütəmadi olaraq təmizləmədir. Smartfon da əllər kimi təmizləmənməlidir: yəni dezinfeksiyaedici vasitə ilə yuyulmalı və ya işlənməlidir”, - deyə mütəxəssis bəyan edib.

O, vurğulayıb ki, “Apple”, “Samsung” və ya “Huawei” kimi böyük smartfon istehsalçılarının flaqman modelləri sözün həqiqi mənasında kranın altında su ilə yuyula bilər.

“Suya davamlı smartfonunuz varsa (qoruma ən azı IP68 olmalıdır), onu kranın altından yuya bilərsiniz, hər şey yaxşı olacaq. IP68 səviyyəsi smartfonu suya salmağı nəzərə alır - bu, sadəcə su sıçramalarından deyil, suya düşmədən də qorumadır”, - deyə Murzina əlavə edib.

Mütəxəssis istifadəçilərin smartfon səthlərini daha çox dezinfeksiya edən maddələrlə təmizlədiyini deyib. Ancaq o, bunun oleofobik örtük üçün (yağları dəf edən incə nanometr plyonkası, koronavirus da daxil olmaqla müxtəlif infeksiyalardan qorunmağa kömək edir) çox da yaxşı olmaya biləcəyini deyib.

“Xüsusi dezinfeksiyaedici maddələr almalıyıq, onların tərkibində spirtin miqdarı ən azı 60% olmalıdır. Eyni zamanda, dezinfeksiyaedici maddənin (nəm salfetlər kimi) smartfonun arxasındakı və ekrandakı oleofobik örtüyə zərər verə biləcəyini anlamalıyıq. Burada sizin üçün daha vacib olanı seçməli olacaqsınız: barmaq izlərindən və yağdan qoruyan bir örtük, ya da öz sağlamlığınız”, - deyə Merzina sözlərini yekunlaşdırıb.(oxu.az)

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ərdoğanın maaşı nə qədər olacaq...
››› “Instagram”da boşluq tapdı, böyük mükafat qazandı - Foto
Son xəbərlər
Bütün xəbərlər »