Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya çempionu həyat yoldaşına xəyanətə görə cəzalandırıldı - Foto
Dünya çempionu həyat yoldaşına xəyanətə görə cəzalandırıldı - Foto

Yaponiyada Üzgüçülük Federasiyası dördqat dünya çempionu Dayya Setonu həyat yoldaşına xəyanət etdiyinə görə cəzalandırıb.

Cəza bu ilin sonuna qədər qüvvədə olacaq.

Dayya Seto Dayya Seto

Bizimyol.info xəbər verir ki, cəza qərarı oktyabrın 13-də federasiyanın iclasında çıxarılıb. Qərara əsasən, ilin sonuna qədər Seto nə ölkə daxilində, nə də beynəlxalq yarışlarda iştirak edəcək. Amma idmançının gələn yay Tokioda keçiriləcək Olimpiadada iştirak hüququ qalır.

Dayya Seto ölkəsində məşhur idmançıdır. Sentyabrın sonunda jurnalistlər onun qısa paltarlı bir qadınla gizli çəkilmiş fotolarını yayıblar. Jurnalistlər avtomobilin dayanacaqdan hərəkət etməsindən başlayaraq, otelə çatmasına qədər onları izləyiblər. Təxminən saat yarım sonra idmançı və həmin qadın oteldən çıxaraq, müxtəlif istiqamətlərdə gediblər.

Seto bu hərəkətinə görə üzr istəyib, düşünülməmiş addım atdığını deyib. Amma bu da ona qarşı ictimai qınağın dərəcəsini azaltmayıb. Məsələ burasındadır ki, bu hadisədən cəmi bir neçə həftə əvvəl idmançı həyat yoldaşı ilə birlikdə ailə dəyərlərini təbliğ edən reklam çarxında çəkilib. Cütlüyün iki övladı var.

Bu qalmaqal nəticəsində Seto Yaponiyanın üzgüçülük üzrə yığma komandasının kapitanı postundan getmək məcburiyyətində qalıb. Bir sıra  sponsorlar onunla müqaviləni pozub.

Dayya Seto hazırda 200 və 400 metrlik məsafəyə üzmək üzrə dünya çempionudur. O həmçinin Rio-de-Janeyroda keçirilən Olimpiadanın bürünc mükafatçısı olub.

Son xəbərlər
Bütün xəbərlər »