Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin növbəti dəfə Avropa demokratiyasına hücum edib
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Norveç parlamentinə kiberhücumda ittiham olunur.

Araşdırmalar hadisədə Rusiya işini ortaya çıxarıb.

Bizimyol.info xəbər verir ki, Norveç parlamentinin elektron poçt sistemi avqustun 24-də hücuma məruz qalıb. Norveçin Xarici İşlər naziri İne Eriksen Sereyde bildirib ki, təhqiqat baş verən hücumun arxasında Rusiyanın dayandığını göstərib.

2015-ci ildə Rusiya Almaniya kansleri Angela Merkelə qarşı da kiberhücumda ittiham olunurdu.

“Norveçdəki araşdırmalar göstərir ki, Kremlin başçısı Vladimir Putin növbəti dəfə Avropa demokratiyasına hücum edib”, - Almaniyanın “Bild” qəzeti yazır.

Nəşrin iddiasına görə, kiberhücumun məqsədi norveçli deputatların yazışmalarını ələ keçirmək olub: “Təhlillər göstərir ki, hakerlər şəxsi məlumatların böyük bir hissəsini ələ keçiriblər”.

Norveçli nazir bildirib ki, bu, çox ciddi hadisədir: “Bu hadisə Norveçin vacib demokratik institutuna zərbə vurub”.

Nazir bu haqda danışarkən Rusiyanın məsuliyyətə cəlb olunmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, artıq Rusiyanın Oslodakı səfiri də araşdırmanın nəticələri haqda məlumatlandırılıb.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »