Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyaya son tarix dərsi
Putin - Ərdoğan

Ermənistan ərazisindən Azərbaycan əraziləri uzunmənzilli raketlərlə atəşə tutulur. Gəncənin vurulmasından sonra dişində şirə qalan düşmən bu dəfə yenə Azərbaycan ərazisini vurmaq üçün hazırlıq görürmüş. Bunu görən Azərbaycan MN məcbur olaraq Kəlbəcərin yaxınlığında, amma Ermənistan ərazisinin icində yerləşən, raket komplekslərinə zərbə endirir.

Şou bundan sonra başlayır. Ermənistan "Azərbaycan mənim ərazimi vurub, cəzalandırılmalıdır" deyir. Rusiya məsələnin ciddi araşdırıldığını bildirir. Halbuki Azərbaycan MN raket buraxılış məntəqəsini özünün vurduğunu və səbəblərini açıq-aydın bildirib. Daha nəyi araşdırırlar?! Rusiya Ermənistan ərazisindən Azərbaycanı raket atəşinə tutmaqla, qəribə şantaj üsuluna əl atır. Belə ki, Azərbaycanda böyük yaşayış məntəqələri, ölkənin ikinci şəhəri atəşə tutulur, bununla həm hakimiyyətə müharibəni davam etdirdiyi üçün göz dağı verilir, həm də əhalinin panikaya düşməsi, döyüş ruhunun zəifləməsi hədəf alınır. Eyni vaxtda Azərbaycan cavab zərbəsi endirə bilmir, çünki Azərbaycan müharibəni öz hüquqi ərazisi daxilində - Qarabağda aparır. Raket isə Ermənistandan atılır. Ermənistan tərəfi bir neçə dəfə xəbərdarlıq olunur.

Nəhayət, Berd və ya Vardenis ərazisində növbəti raket batareyası atəs hazırlığına gətiriləndə Azərbaycanın artıq əsəbləri dözmür, yerində vurur. Həmən Ermənistan ərazisinin vurulmasını bəhanə gətirilərək KTMT-nin aktivləşdiriləcəyinə eyham vurur.

Beləliklə, əvvəl şəhərləri, sivil əhalisi raket zərbəsi ilə təhdid olunan Azərbaycan hökuməti, indi birbaşa KTMT, yəni Rusiya hərbi müdaxiləsi ilə şantaj olunur. Ona görə məhz, keyfiyyətsiz rus hakimiyyət ruporu Solovyev: "Lavrovla anlaşa bilməyən, Şoyqu ilə danışar" deyir. Amma bir şeyi unudurlar, Sovet İttifaqını Qarabağ dağıtdı. Biz cənnət guşəmizi, onlar isə hələ də xiffət çəkdikləri imperiyalarını itirdilər. Ağılları olsa, ikinci dəfə eyni palçığa girməzlər. Bu dəfə itirməyə daha az əraziləri, parçalanmağa daha zəif imperiyaları qalıb.

Ermənilərin Rusiyası varsa, bizim də Türkiyəmiz var. Onların Fransada dostları varsa, bizim də Atlantikdə öz dostlarımız var. Onların Putini, Makronu, Lavrovu varsa, Bizim də Ərdoğanımız, Trampımız, Pompeomuz var. Onların Şoyqusu varsa, bizim də Akar Paşamız var. Rusiya bu son xəbərdarlıqdan öz dərsini alsın. Biz qalib gələcəyik, çünki biz haqlıyıq. #atəşkəsyoxdur

Turab Rzayev Turab Rzayev, siyasi şərhçi
Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »