Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: Minsk Qrupu üçlüyünün Ermənistana dəstəyini niyə demirsiniz?
Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Qarabağ savaşı barədə danışaraq, ölkəmizə dəstəyini ifadə edib:

"30 ildir oturub, danışıb gedirlər. Azərbaycanın işğal edilmiş torpaqlarını qaytarın, bu, çətin deyil".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb.

O, deyib: "Bizimlə əlaqə saxlayanlar deyirlər ki, Suriyadan döyüşçü göndərirsiniz. Bizim belə bir dərdimiz yoxdur. Azərbaycanlı qardaşlarımıza hər cür dəstək verməyə hazırıq və verəcəyik.

Amma Minsk Qrupu üçlüyünün dəstəyini niyə qeyd etmirsiniz. Rusiyadan, Fransadan Ermənistana bu qədər silahlar göndərilir.

Bunları niyə demirsiniz? Bunların qarşısında səssiz qalırsınız.

Deyirsiniz ki, Azərbaycana Suriyadan döyüşçülər gəlir. Onların öz torpaqlarında işi var, oraya getməzlər.

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağla bağlı danışıqları başa çatdırmalıdır.

Azərbaycan öz torpaqlarını istəyir, başqa hər hansı tələb yoxdur”,- deyə o bildirib.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »