Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrailin keçmiş müdafiə nazirindən Qarabağ açıqlaması
Aviqdor Liberman

“Haqq-ədalət Azərbaycanın yanındadır, Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyünün şərtidir​”.

Bunu İsrailin ən nüfuzlu siyasətçilərindən biri, keçmiş Müdafiə naziri Aviqdor Liberman deyib. O bildirib ki, son nəfəsimizə qədər Azərbaycanın yanındayıq: “İsrail heç vaxt və heç bir zaman münaqişə bölgəsindəki status-kvo ilə razılaşa bilməz”.

“Beynəlxalq hüquq, tarixi faktlar və ən əsası İsrail dövlətinə görə həqiqət Azərbaycanın tərəfindədir. Həmçinin beynəlxalq hüquq baxımından da Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bu səbəbdən heç bir BMT üzvü dövlət (Ermənistan özü də daxil olmaqla) Dağlıq Qarabağın suverenliyini tanımır.

İsrail dövləti baxımından vəziyyət belə görünür: Azərbaycan yəhudilərə qarşı ən tolerant ölkələrdən biridir. Azərbaycan ərazisində əsrlər boyu yəhudilərə qarşı ən yaxşı münasibət bəslənilib. Yəhudilərə qarşı antisemitizm və qərəz yoxdur”,- deyə eks-nazir sözlərinə əlavə edib.(qafqazinfo)

Paylaş »
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda qadın başına dəmir düşməsi nəticəsində ölüb
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
Son xəbərlər
Bütün xəbərlər »