Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Leyla Abdullayeva: “Ermənistan BMT TŞ qətnamələrinin tələblərini yerinə yetirməyib”
Leyla Abdullayeva

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva işğalçı Ermənistan ordusunun BMT TŞ-nın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar qətnamələrinə riayət etməməsinə münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, XİN-in idarə rəisi L.Abdullayeva bu barədə özünün “Twitter” hesabında paylaşım edib.

“1993-cü il oktyabrın 14-də BMT TŞ təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəlində qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması da daxil olmaqla, göstərilən təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edən 874 saylı qətnamə qəbul etdi. Ermənistan BMT TŞ qətnamələrinin tələblərini yerinə yetirməyib”, - deyə L.Abdullayeva şərhində bildirib.

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »