Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yaxın zamanlarda Qarabağ bütünlükdə işğaldan azad ediləcək” - Hərbi ekspert
Azerbaycan Bayra

Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib ki, bu dəfə də bütün cəbhə boyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndi işğaldan azad edib və işğaldan azadetmə əməliyyatımız uğurla davam edir: “Bu səhər mənə verilən məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Bu məsələ ilə bağlı lazım olan vaxtda açıqlama veriləcək”.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirib ki, yaxın zamanlarda Qarabağ bütünlükdə işğaldan azad ediləcək və terrorçulardan təmizlənəcək.

Emin Həsənli Emin Həsənli

“Bu möhtəşəm taktiki addımdır. Azərbaycan Ordusu tarix yazır. Gələcəkdə hərbi elmdə öyrəniləcək taktikalardır. Bu taktikaların bəzisi Azərbaycan dövlətinə və ordusuna məxsusdur. Ordumuz ən çətin releyfdə-dağlıq releyfdə 30 ilə yaxın müddətdə möhkəmlənmiş bütün istehkam qurğularını darmadağın edərək strateji yüksəklikləri ələ keçirdi, düşmənin texnikasının və canlı qüvvəsinin böyük hissəsini məhv etdi. S-300 zenit raket sistemindən tutmuş “İsgəndər” operativ taktiki raket kompleksinə qədər bütün qurğularını darmadağın edib. Tank, artilleriya qurğuları, komanda qərargah məntəqələri, əsas da kəşfiyyat və xüsusi təyinatlı hərbi hissələri sıradan çıxarıldı.

Ermənilər havadarlarının onlara verdiyi silah və texnikaları cəbhə bölgəsinə gətirən zaman həmin texnikalar məhv edilir. Azərbaycan Ordusu hazırda elə mövqedədir ki, bütün proseslərə nəzarət edə bilir.

Azərbaycanınx eyli əraziləri terrorçulardan təmizlənib. Bunlar da açıqlanacaqdır. Həmin ərazilərin taktiki və strateji əhəmiyyəti böyükdür. Ermənistan elan etdiyindən çox canlı qüvvə və texnika itirib. Bu proses yaxın zamanlarda tamamlanacaq. Qarabağ torpaqları bütünlükdə işğaldan azad ediləcək, terrorçulardan təmizlənəcək”,-deyə hərbi ekspert Emin Həsənli bildirib.

Ramid İbrahimov

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
Son xəbərlər
Bütün xəbərlər »