Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyasi partiyalar Türkiyənin Minsk qrupuna daxil edilməsini istəyirlər
Türkiyə və Azərbaycan bayraqları

"Sentyabr 27-də Ermənistanın növbəti silahlı təcavüz aktı ilə başlamış Qarabağ müharibəsində humanitar atəşkəs haqqında 09 sentyabr 2020- ci il tarixli Moskva sazişindən sonra çoxlu sayda üzv və təəssübkeşlərimiz müraciətlərində Azərbaycanın haqlı davasında onun yanında yer aldığına görə Ermənistan və xarici havadarları tərəfindən Türkiyəyə qarşı aparılan qlobal miqyasda total hücumlara etirazlarını bildirir, nizamasalma prosesində Türkiyənin iştirakı perspektivləri barədə narahatlıqlarını, Azərbaycan Türkiyə münasibətlərinin bundan sonrakı inkişafına dair təkliflərini çatdıraraq bu barədə partiya rəhbərliyinin aydın mövqelərinin açıqlanmasını tələb edirlər".

Bizimyol.info xəbər verir ki, bu fikirlər Siyasi Partiyaların bu gün yayılan bəyanatında qeyd olunub.

Bəyanatda bildirilir ki, bununla əlaqədar bu sənədi imzalayan siyasi partiyalar nəzərə alaraq ki, Azərbaycan xalqının mütləq əksəriyyəti bu müharibənin qurtarmasının, sülhün bərqərar olması və qorunub saxlanmasının, özünün və dövlətinin etibarlı təhlükəsizliyinin, həyati maraq və mənafelərinin ədalətlə nəzərə alınacağının xarici qarantoru kimi, Türkiyəyə etimad edir və bu rolda Türkiyənin olmasını istəyir, Qarabağ məsələsinin həlli üçün aparılan danışıqlarda Türkiyənin bərabərhüquqlu və tamyetərli vasitəçi statusunda iştirakının təmin olunmasını zəruri sayırlar. Bu məqsədlə Türkiyənin Minsk qrupu həmsədrlərindən biri olması məqsədəuyğundur. Siyasi partiyalar hesab edir ki, Azərbaycan Minsk qrupu formatında danışıqlarda iştirakını bu şərtə bağlamalıdır. Türkiyə Minsk qrupu ölkələrindən biri olduğuna görə onun həmsədrliyi danışıqlar formatını (Minsk qrupu həmsədr ölkələri +Azərbəycan və Ermənistan) dəyişdirmir və 9 oktyabr Moskva sazişinin danışıqlar formatının dəyişməzliyi haqqında müddəasını pozmur.

Türkiyənin danışıqlar prosesində həmsədr ölkələrdən biri kimi iştirakı zərurəti Azərbaycan xalqının etimadı məsələsindən əlavə onun müasir dünyada və regionda oynadığı rol, malik olduğu qeopolitik güc və hərbi – siyasi təsir imkanları ilə şərtlənir. Münaqişəyə cəlb olunmuş tərəf olaraq Ermənistan, həmçinin onun beynəlxalq aləmdəki havadarları, ayrı- ayrı ekspertlər tərəfindən münaqişədə həlledici rolu qeyd olunur. Belə olan halda onu nizamasalmadan təcrid etmək, kənarda qoymaq cəyləri və cəhdləri qəbul edilə bilməz.

Türkiyə olmadan, müstəqil dövlətlər şəklində təşkil olunan Cənubi Qafqazdakı etnik və dövlətlərarası münaqişələrin və toqquşmaların, müharibələrin nizamlanmasının real olmadığı, və bunun əksi olaraq effektiv şəkildə yalnız Türkiyənin iştirakı ilə nizamlanması mümkünlüyü 1918- 1921 ci illər, o cümlədən Moskva və Qars müqavilələri, habelə 1992- 1993- cü illərdə Azərbaycan –Ermənistan müharibəsinin nizamlanması təcrübəsi ilə təsdiq olunmuşdur. Qeyd olunmalıdır ki, 1993- cü ilin aprelində nizamlanma prosesinə Türkiyə ABŞ-Rusiya- Türkiyə üçlü təşəbbüsü çərçivəsində rəsmən daxil olduqdan sonra ilk dəfə olaraq tərəflər arasında böyük sülh sazişinin imzalanmasının real şansı yaranmışdı.

Beləliklə regionda baş verən münaqişələrin tarixi və indiki qepolitik situasiya və şərtlər göstərir ki, Türkiyənin iştirakı və qarantorluğu olmadan qalıcı və uzunmüddətli mıhkəm sülhün bərqərar olması mümkün deyildir. Türkiyəni münaqişənin nizamlanmasından

kənarda saxlamaq, bu istiqamətdə gedən danışıqları mənasız edir. Bu reallıqdan çıxış edərək siyasi partiyalar hazırkı formatda aparılan nizamasalma mexanizminə alternativ və ya paralel olaraq Türkiyə- Rusiya vasitəçiliyi və qarantorluğu mexanizminin işə salınmasını və Azərbaycanın bu modelin reallaşması üçün addımlar atmasını faydalı sayırlar. Təcrübə , o cümlədən kecən əsrin 20 ci illərinin təcrübəsi inandırıcı şəkildə göstərir ki, Terkiyə və Rusiyanın birgə səyləri Qarabağ münaqişənin aradan qaldırılması üçün ən səmərəli yol olardı. Belə olan halda ATƏT Minsk qrupu formatını ləğv edilməsi məqsədəuyğun sayılmazsa, Türkiyə və Rusiyanın vasitəçiliyi və qarantorluğu ilə paralel sülh danışıqları başladılması zəruridir.

Siyasi partiyalar Azərbaycan-Türkiyə münasibətlərinin indiki vəziyyətini, bu istiqamətdə Tükiyə prezidenti R. T. Ərdoğanın və Azərbaycan prezidenti İ. Əliyevin tərəfindən ifadə edilən və açıqlanan mövqe və atılan addımları müdafiə edirlər, eyni zamanda bu addımların məntiqi davamı olaraq hərbi siyasi ittifaqın müqavilə bazasının daha da dərinləşdirilməsini və təkmilləşdirilməsini istəyir, qarşılıqlı hərbi bazaların yaradılması zamanının gəlib çatdığı qənaətini ifadə edirlər, hesab edirlər ki, tək millət iki dövlət bəzi məsələlərdə bir dövlət şəklində hərəkət etməlidirlər konsepsiyası işlənib hazırlanmalı və həyata keçrilməlidir. Siyasi partiyalar Türkiyəyə qarşı imperialist güclərin və onların maşası kimi çıxış edən Ermənistanın müşahidə olunan hücumlarını Azərbaycana qarşı hücum, təhlükə, təhdid kimi dəyərləndirır və bəyan edirlər ki, bu hücumların dəf olunması, Azərbaycan Türkiyə qardaşlığı, əməkdaşlığı, müttəfiqliyi və birliyinin möhkəmlənməsi üçün əllərindən gələn hər şeyi edəcəklər.

Azərbaycan Demokrat Partiyası

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası

Vətəndaş və İnkişaf Partiyası

Ədalət Partiyası

Vahid Azərbaycan Milli Birlik Partiyası

AĞ Partiya

Azad Demokratlar Partiyası

Ümid Partiyası

Aydınlar Partiyası

Böyük Azərbaycan Partiyası

Azərbaycan Xalq Partiyası.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »