Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan Ordusu işğal altındakı ərazilərini terrorçulardan təmizləməlidir”
Metin Külünk

“Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tam tərk etmədən daimi atəşkəs mümkün deyil”.

Bunu APA-nın yerli bürosuna Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Metin Külünk deyib.

“Paşinyanın arxasında duran qüvvəlır Azərbaycanın gücünü gördükdə təşvişə düşdülər, daimi atəşkəsin mümkün olmadığını bildikləri halda belə atəşkəs məsələsini ortaya atdılar. Atəşkəs məsələsini ortaya atanlar Azərbaycanın qüdrətlənməsindən, eyni zamanda Azərbaycan-Türkiyə birliyinin regionda həlledici gücə çevrilməsindən hədsiz dərəcədə narahatdırlar. Türkiyənin Azərbaycan üzərindən bütün türk dünyasına əlçatanlığı, təhlükəsiz bir türk dəhlizinin yaranmasından da narahatlıqlar var”, - deyə o bildirib.

M. Külünkün sözlərinə görə, Azərbaycan Prezidentinin yürütdüyü düzgün siyasət və Azərbaycan Ordusunun doğru strategiyası Dağlıq Qarabağ və ətraf 7 rayonu işğaldan azad etməyə qadirdir.

Türkiyəli siyasətçi qeyd edib ki, Azərbaycanın işğal olunmuş torpaqlarına məqsədli şəkildə PKK terrorçuları yerləşdirilir: “Azərbaycanın işğal olunmuş ərazilərini terror yuvasına çevirmək niyyəti var. Azərbaycan Ordusu tərəddüd etmədən işğal altındakı bütün ərazilərini terrorçulardan təmizləməlidir”.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Ali Baş Komandan: “Azərbaycanın qarşısında heç kim dura bilməz”
››› Qubadlı şəhəri işğaldan azad olundu!
Son xəbərlər
Bütün xəbərlər »