Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlılar Avstraliyanın təhlükəsizlik orqanlarına müraciət edib
Avstraliya

Avstraliyada yaşayan soydaşlarımız ölkənin təhlükəsizlik orqanlarına müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Azərbaycan-Avstraliya Assosiyasının (AAA) prezidenti Mikayıl Oytanın imzası ilə bu ölkənin təhlükəsizlik orqanlarına ünvanlanan məktubda erməni lobbisinin Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qüvvələri maliyyəşdirməsindən bəhs olunub.

Məktubda qeyd edilib ki, "Homenetmen Ararat" və "Hamazkaine Təhsil və Mədəniyyət Cəmiyyəti" terrorizmi dəstəkləmək üçün vəsait toplayır. "Onlar “Banağımıza (ordumuza) kömək edək” adı altında Facebook səhifələrindəki paylaşımlarında 119.000 dollar topladıqlarını iddia edirlər. Vəsaitin Azərbaycanın qanuni ərazisi olan Dağlıq Qarabağ üçün toplanıldığı bildirilir".

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında müharibə getdiyi, suriyalı döyüşçülərin və PKK terror təşkilatı üzvlərinin erməni muzdluları ilə birlikdə Azərbaycana qarşı bu müharibədə iştirak etdiyi bildirilir.

Məktub müəllifi nəzərə çatdırıb ki, erməni lobbisinin topladığı vəsait məhz BMT-nin 4 qətnaməsinə zidd olaraq Azərbaycan ərazilərini indiyədək işğalda saxlayan Ermənistanın müharibəyə cəlb etdiyi xarici terrorçuları dəstəkləmək üçündür: "Bu toplanan vəsait xeyriyyə məqsədləri üçün deyil, Azərbaycanın mülki əhalisinə qarşı təcavüz və terror törədən qanunsuz hərbi birləşmələrin dəstəklənməsinə sərf olunacaq".

Soydaşımız təhlükəsizlik orqanlarını bu faktların yoxlanılmasına və terrorçu dəstələrin uzaq və sülhpərvər Avstraliyadan maliyyələşməsinin qarşısını almağa çağırıb.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »