Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Növbəti Gəncə faciəsinin qarşısını alan hərbi əməliyyatla bağlı ekspertdən açıqlama
Ermənistanın dövlət terroru törətdiyi Gəncə şəhərindən yeni görüntülər - Fotolar

Müdafiə Nazirliyi açıqlama verib ki, oktyabrın 14-ü saat 01:00 və saat 08:36 radələrində Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələri növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilib. Mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəfləndiyi üçün raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılıb.

Məsələ ilə bağlı Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev Bizimyol.info-ya bildirib ki humanitar atəşkəs dövrünün olmasına baxmayaraq, Azərbaycan öz ərazisini və əhalisini düşməndən qorumaq vəzifəsini yerinə yetirir.

Vahid Quliyev - Milli Qəhrəman Vahid Quliyev

“Azərbaycan Müdafiə Nazirliyinin hava hücumundan müdafiə, kosmik kəşfiyyat və başqa bu sahələrlə bağlı bir neçə hərbi hissəsi var. Bu hərbi hissələr düşməni daimi müşahidə altında saxlayır və onların əməliyyatına nəzarət edir. Eləcə də, döyüş bölgələrini və legitim hərbi hədəf obyektlərini zərərsizləşdirməklə məşğul olur.

Oktaybrın 11-də Gəncədə baş verən terror hadisəsindən sonra bizim bütün hərbi kşfiyyat qüvvələrimiz səfərbər olunub. Düşmənin perativ-taktiki raketləri Kəlbəcər ərazisindən atışa hazırlanarkən müşahidə olunub. Bizim hərbi qüvvələr tərəfindən həmin raketlər zərərsizləşdirilib. Bu növbəti faciələrin qarşısını almaq üçün ən vacib olan tədbir idi ki Azərbaycan Ordusu da bu vəzifəsini yerinə yetirdi. Gələcəkdə belə hallar baş verərsə, humanitar atəşkəs dövrünün olmasına baxmayaraq, Azərbaycan öz ərazisini və əhalisini düşməndən qorumaq vəzifəsini yerinə yetirir. Düşməndən müdafiə olunmaq da Azərbaycanın öz haqqıdır”,-deyə hərbi ekspert bildirib.

Ramid İbrahimov

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »