Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrandan Ermənistana təyyarələrlə gizli hərbi yük daşınır - Fotofakt
Iran Aeroportu

“İranın Kaşan şəhərindən qalxaraq Dağlıq Qarabağa üzərində radar qeydiyyatına düşmüş təyyarə ilə bağlı bəzi məqamları diqqətə çatdırmaq istəyirəm.

Təyyarənin İranın Kashan aeroportuna Birləşmiş Ərəb Əmirliklərindən gəldiyi haqqında radar qeydi var. Aydın məsələdir, çünki təyyarə Abu Dabidəki anqarda depolanır.

Təyyarə İrana məxsus deyil, amma faktiki olaraq Flightradar24 təyyarənin start nöqtəsi kimi İranın Kashan aeroportunu, son olaraq Xankəndi üzərini qeydiyyata alıb, sonra radardan itib”.

Bu xəbəri araşdırmaçı jurnalist Cavanşir Həsənov paylaşıb.

Bəs təyyarə hansı ölkəyə məxsusdur?

Cavnşir Həsənli qeyd edib ki,uçuş nömrəsi FSQ 4923 olan həmin təyyarənin qeydiyyat nömrəsinin EX-76004 olduğunu və Qırğızıstanın Fly Sky Airlines şirkətinə məxsus İL-76 yük təyyarəsidir.

Təyyarə Abu-Dabidəki (BƏƏ) Muqatra Al Dhafra (DHF) hərbi aerodromunda anqarda depolanır. Yəni təyyarə birbaşa hərbi yüklərin daşınması ilə məşğul olur. http://www.ilyushin.org/en/airworthiness/

Təyyarə əvvəllər UP-I7654 qeydiyyat nömrəsi ilə Qazaxıstan şirkətinin balansında olub, Beyrut və Ammana reyslər həyata keçirib. Qanunsuz daşımalara görə 4 ay əvvəl şirkət ləğv edilib.

Mümkündür k, təyyarə hazırda başqa bir şirkətin icarəsində olsun.

Dağlıq Qarabağa istiqamət almış təyyarə ilə bağlı daha bir maraqlı fakt: bu il həmin təyyarə ilə (qeydiyyat nömrəsi EX-76004) Liviyaya qanunsuz silah daşındığına görə lisenziyası ləğv edilibmiş.

https://feitoffake.wordpress.com/…/kazakh-airline-which-il…/

Ona görə də "sahibləri" məcbur qalıb qeydiyyat nömrəsini dəyişdiriblər ki, yenidən lisenziya alsınlar. Və alan kimi yenə də münaqişə zonalarına uçmaları qanunsuz yük daşımalarından xəbər verir.

Paylaş »
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
Son xəbərlər
Bütün xəbərlər »