Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arxeoloqlar heyrət içində: 2100 yaşı olan əşya telefona oxşayır - Foto
Arxeoloqlar heyrət içində: 2100 yaşı olan əşya telefona oxşayır - Foto

Rusiya Federasiyasına daxil olan Tuva respublikasında arxeoloqların yeni tapıntısı onların özlərini də xeyli təəccübləndirib.

Təxminən 2100 yaşı olan əşya daha çox telefona oxşayır.

Bizimyol.info xəbər verir ki, arxeoloqların ehtimalına görə, həmin əşya daha çox kəmər toqqası kimi istifadə olunurmuş. Bundan başqa, Sibirdəki qazıntılarda qadın skeleti də tapılıb.

Arxeoloqlar heyrət içində: 2100 yaşı olan əşya telefona oxşayır - Foto

Arxeoloqlar əşyanı məzarlıq sayılan ərazidə aşkar edib. Hesab edirlər ki, “telefon”da görünən oyuqlarda qiymətli daşlar yerləşdirilirmiş. Bu da kəməri daha bahalı və diqqətçəkən edirmiş. Arxeoloqlar toqqaya “iPhone”, skeletə isə “Nataşa” adını veriblər.

İnsanlar belə kəmər toqqalarından orta əsrlərə qədər istifadə edib. Axırıncı dəfə Çingizxan dövrünün Monqolustanında belə əşyaya üstünlük verilirmiş.

Son xəbərlər
Bütün xəbərlər »