Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhidin nişanlısı intihar etdi, yanaşı dəfn olundular: “Mənə sənsiz həyat yoxdur...” - Foto
Şəhidin nişanlısı intihar etdi, yanaşı dəfn olundular: “Mənə sənsiz həyat yoxdur...” - Foto

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan əsgər Mehdi Məmmədovun nişanlısı intihar edib.

Bizimyol.info xəbər verir ki, hadisə Tərtər rayonunun Sarıcalı kəndində baş verib. Həmin kənddən olan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, Mehdi Məmmədov günorta saat 12.00 radələrində kənd qəbiristanlığında dəfn olunub. Dəfndən geri qayıdanlar başqa bir faciə ilə qarşılaşıblar. Məlum olub ki, Mələk Sultanova özünü asaraq intihar edib.

Mehdi Məmmədov, Mələk Sultanova Mehdi Məmmədov, Mələk Sultanova

Mələk Sultanova bir müddət əvvəl Mehdi Məmmədovun ona hədiyyə etdiyi ətir şüşəsinə bir məktub büküb.

“Mənə sənsiz həyat yoxdur, Mehdi...”, - məktubunda belə yazıb.

Mələk Sultanovanı da nişanlısının yanında dəfn ediblər.

Mehdi Məmmədovun 24, Mələk Sultanovanın isə 18 yaşı vardı.

“30 il əvvəl biz buna bənzər hadisəni İlham və Fərizənin simasında yaşamışdıq. Bu xalq məhəbbət və qəhrəmanlıq dastanı yazmaqda davam edir. Mehdi kimi qəhrəmanları, Mələk kimi sədaqət nümunəsi  qızları olan xalq məğlub olmayacaq!”, - deyə İlham İsmayıl bildirib.

Son xəbərlər
Bütün xəbərlər »