Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Futbolçunu oyunda səhvə görə döyüb öldürdülər
Xəstəxana

Uqandada futbolçunu öz komanda yoldaşları döyüb öldürüb. Hadisə ötən həftəsonu baş verib.

Bizimyol.info xəbər verir ki, 22 yaşlı futbolçunun ölümünə səbəb onun oyun zamanı səhv buraxması olub. Hadisə Uqandanın iki yerli futbol klubunun qarşılaşmasında yaşanıb. Mərkəz müdafiəçisi olan 22 yaşlı Çörçil Ovaçinin kobud səhvi nəticəsində rəqib komanda qol vurub. Bundan dərhal sonra komanda yoldaşları ona hücum edərək, döyməyə başlayıblar. Amma futbolçuları ayırıblar.

Proses bununla başa çatmayıb. Qarşılaşma bitəndən sonra yenidən ara qarışıb və Çörçil Ovaçini bir daha döyüblər. Nəticədə o, huşunu itirib.

22 yaşlı futbolçunu stadionun yaxınlığındakı xəstəxanaya çatdırıblar. Həkimlərin tibbi müdaxiləsində baxmayaraq, Ovaçi bir neçə saat sonra dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb. Futbolçunun ölümüylə əlaqədar iki nəfərin tutulduğu bildirilsə də, onların kimliyi açıqlanmayıb. Saxlanılan şəxslərə qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü də məlum deyil.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »