Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Atəşkəs razılaşmasını Ermənistan pozdu”
Ramil Həsən

Ramil Həsən: “Sülh istəyən tərəf Qarabağın “müstəqilliyi”ni tanıtmaqdan dəm vurmaz”

Oktyabrın 9-da Rusiyanın təşəbbüsü ilə iki ölkənin XİN arasında 10 saatdan çox davam etmiş görüşdən sonra 72 saatlıq humanitar atəşkəslə bağlı saziş bağlanıb. Lakin elə həmin gün düşmən atəşkəsi pozdu, döyüş cəbhəsində, eləcə də, hərbi əməliyyatlar zonasından 100 km. uzaqda yerləşən Gəncə şəhərinə və başqa şəhər və kəndlərimizə - dinc əhaliyə və mülki obyektlərə atəş açdı və atəş açmaqda da davam edir.

Bunula yanaşı ermənilər informasiya müharibəsində öz yalanları ilə dünya içtimaiyyətini aldadır və terrorçu qrupların, silahların gətirilməsini təşkil etməklə müharibəni qazanmaq istəyirlər. Onlar utanmadan qondarma separatçı rejimin müstəqilliyinin tanınması üçün Rusiyanın və dünyanın bir çox telekanallarına və qəzetlərinə müsahibə verirlər.

Qarabağdakı separatçı rejimin başçısı Araik Arutyunyan “Nezavisimaya qazeta”ya açıqlama verərək, yaxın vaxtlarda qondarma qurumun tanınması üçün dünya ölkələrinə müraciər edəcəyini bildirib.

“Bizimyol.info-ya açıqlama verən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Corc Sorosun əlaltısı olduğu kimi, Araik Arutyunyan da onun əlaltısıdır: “Sözün doğrusu, belə sərsəm açıqlamalara ciddi reaksiya vermək lazım deyil. Amma bununla bərabər “ Evronyus” kanalına bundan bir neçə müddət öncə Ermənistanın baş naziri Paşinyanın vermiş olduğu bir açıqlama var. Elə, əslinə qalsa, Araik Arutyunyanın “Nezavisimaya qazeta”ya vermiş olduğu müsahibəsindəki fikirlərin təməlini Paşinyan özü qoymuşdu; demişdi ki, dünya ictimaiyyətini Qarabağdakı qondarma qurumu tanımağa çağırır. Bu da bir daha göstırir ki, hər hansı müstıqil qurumdan söhbət gedə bilməz”.

Ramil Həsən deyib ki, Ermənistan rəhbərliyinin və Dağlıq Qarabağdakı separatçılarln “müstıqilliyi” tanıtmaq haqda bəyanatları onların münaqişənin sülh yolu ilə həllinə razı olmadıqlarını bir daha təsdiq edir. Araik Arutyunyan kimi bir şərəfsiz də, əminəm, tezliklə hərbi tribunal qarşısında dayanacaq. Onların bu gün sülhdən danışmalarının heç bir əsası yoxdur; Azərbaycanla sülh danışıqları aparmaq istəyəndirlərsə, müstəqillik haqqında müraciət nə deməkdir?!”

Ramil Həsən onu da deyib ki, əlləri azərbaycanlıların qanına batmış Köçəryan, Sarqsyan, başaqaları da törətdikləri əməllərə görə cavab verməli olacaqlar.

Deputat deyib ki, Azərbaycan ordusu atəşkəsə əməl etsə də, Ermənustan tərəfi bunu dərhal pozdu: “Azərbaycan Prezidenti İlham Əliyev də öz müsahibələrində açıq və birmənalı olaraq dedi ki, atəşkəsi Ermənistan başlamadan pozub. O dedi ki, sülh danışıqları, razılaşmalar birtərəfli olmur. Qarşı tərəfin də əməl etməsi lazımdır. Ümumiyyətlə, dövlət sərhədlərimizdə və Qarabağda düşmənin törətdiyi təxribatların da, dinc şəhərlərimizin, mülki əhalinin bambardman edilməsinin də bütün məsuliyyəti Ermənstan dövlətinin, onun hərbi-siyasi rəhbərliyinn üzərinə düşür”.

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »