Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan “satqın” axtarışında: Deputatdan generala qarşı ağır ittiham
İrəvan, Ermənistan

Ermənistan ordusu cəbhədə sarsıdıcı itkilər verdikcə və geri çəkildikdə Yerevanda da siyasi gərginlik artır. Hərçənd indi erməni siyasi qüvvələri “vahiq yumruq kimi birləşdiklərini” göstərməyə çalışırlar, amma ciddi daxili gərginliyi də gizlətmək getdikcə çətinləşir.

Xəbər verildiyi kimi, əvvəlcə baş nazir Nikol Paşinyan bəzilərinin cəbhədə əsgərlər arasında “onsuz da Nikol torpaqları satıb, döyüşməyin mənası yoxdur” kimi təbliğat apardıqlarını, nəticədə bəzi əsgərlərin mövqelərini qoyub qaçdıqlarını açıqlayıb. Bunun ardınca Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Aqişti Kərəmyanı vəzifəsindən azad edib. Və cəbhədə əsgərlər arasında ruh düşkünlüyü yaradan azı iki hərbçinin həbs olunduğu açıqlanıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Ermənistan parlamentində baş nazir Paşinyanın, müdafiə və xarici işlər nazirlərinin də iştirakı ilə cəbhədə yaranmış vəziyyətə dair qapalı müzakirələr olub.

“Qraparak” (“Meydan”) qəzetinin yazdığına görə bu iclasda müxalif “Çiçəklənən Ermənistan” fraksiyasından deputat Mikael Melkumyan “erməni xalqının bir yumruq kimi birləşdiyini, bunun çox yaxşı olduğunu” deyib.

Amma jurnalist ondan sosial şəbəkələrdə satqınlar barədə dolaşan səs yazıları haqda soruşub: “Siz ölkəmizdə satqınlar tanıyırsınız?”.

Bu vaxt Melkumyan guya Facebook-da gedən müzakirələrdən xəbərsiz olduğunu deyib və dəqiq cavab verməkdən yayınıb.Təkcə onu deyib ki, indi bütün qüvvələrin səfərbər olmasına tərəfdardır.

Vitali Balasanyan Vitali Balasanyan

Jurnalist bu dəfə Melkumyana xatırladıb ki, məsələn, sosial şəbəkələrdə yayılan məlumatlara görə Qarabağdakı qondarma rejimin rəhbərliyində yer alan və bu yaxınlarda istefa verən general Vitali Balasanyanın tərəfdarları cəbhəyə gedib döyüş mövqelərində əsgərləri ruhdan salan informasiyalar yayıblar, nəticədə “satqınlıq” ediblər.

“Mən hesab etmirəm ki, qəhrəmanlar bu yolu tuta bilər”,-deputat belə deyib və uzaqlaşıb. Sonra qayıdıb və dəqiqləşdirib ki, qəhrəmanlar deyəndə Vitali Balasanyanı nəzərdə tuturdu.

“İrates” qəzeti isə yazır ki, dünən parlamentin qapalı iclasında səslənən rəsmi informasiyalar cavabdan çox suallar yaradıb. “Müxalifətdən olan deputatlar iclası ürək ağrısı ilə tərk ediblər, çünki situasiya ətrafında narahatlıqla yanaşı habelə bir sıra daxili siyasi mesajlar da eşidiblər. Bu mürəkkəb dövrdə onlar hələ şərhlərdən çəkinirlər, amma aydındır ki, bundan sonra hakimiyyət bir çox suallara dəqiq cavab verməlidir”,-qəzet yazır.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »