Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada nənəsini güllələyən gənc küçədə insanlara atəş açdı
Danil Monaxov

Rusiyanın Nijni Novqorod şəhərində 3 nəfəri öldürüb, daha 3 nəfəri yaralayan Danil Monaxov ölü tapılıb.

Bu barədə “İnterfaks” İstintaq Komitəsinin regional şöbəsinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, 18 yaşlı gənc intihar edib.

Qeyd edək ki, oktyabrın 12-si axşam saatlarında nənəsi ilə mübahisə edən gənc əvvəlcə ona, daha sonra isə qonşusuna atəş açaraq onları öldürmüşdü. Danil daha sonra dayanacaqdakı sərnişin avtobusuna atəş açmış, nəticədə 1 nəfər ölmüş, 3 nəfər xəsarət almışdı. O, hadisəni törədəndən sonra gizlənmişdi.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, gənc ünsiyyətcil biri olmayıb, kompyuter oyunları və silahlara maraq göstərirmiş.(qafqazinfo)

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »